Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər ediblər.
Nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri iştirak ediblər.
Nümayəndə heyəti səfər çərçivəsində ilk öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoymuşlar.
Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ…Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan…Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həmdə bizim gələcəyə olan tək ümidimizdir.
Qarabağ bizim həm bu günümüz həm də sabahımızdır. Qarabağ bizim həm kədərimiz, həm də sevincimizdir. Bir sözlə Qarabağ bizim hər şeyimizdir.
Hər kəsin ürəyində vətən haqqında bir nəğmə var, gec-tez hamı onu oxumalıdır. Bu nəğmə ən böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da.
Ən böyük nəğmə həsrət nəğməsidir. Ata-analarımızın sonsuz yollara dikilmiş şəffaf, iri və ala gözləri, eləcədə bizim Qarabağımızın balaca yurddaşlarının ilahi gözləri bu dünyanın ən gözəl nəğməsini oxuyur.
Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: “Əlbəttə, diplomatik uğurlar bizi sevindirir… lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”.
Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi şücaət prezident İlham Əliyevin bir sərəncamı insanlarda ümidi böyük əminliyə çevirdi. Cocuq Mərcanlıdan başlayan böyük qayıdış işğal altındakı torpaqlarımızın hamısının bir gün erməni tapdağından azad olunacağına ümidləri artırdı. Biz artıq əminliklə deyirik ki dədə-baba yurdlarımıza, öz torpaqlarımıza qayıdacağıq.O gün uzaqda deyil. Tezliklə Cocuq Mərcanlının yaşatdığı sevinc və həyəcanı Şuşada da yaşayacağıq.

