Home » Bələdiyyə xəbərləri » “Sülh inkişafın əsas təməlidir”adlı tədbir keçirilib

“Sülh inkişafın əsas təməlidir”adlı tədbir keçirilib

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Sülh inkişafın əsas təməlidir”adlı tədbir keçirilib. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə gəncləri iştirak edib.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxışında qeyd edib ki, Sülh – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi sualına hələ də birmənalı cavab vermək mümkün deyil. Sülh şəraitində yaşamalı olan insanlar, min təəssüflər ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə sona çatıb. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə, təbii ki, tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən çox asılıdır.
Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Daha sonra mövzu ətrafında gənclərlə müzakirələr aparılıb.

2 1 4