Home » Son görülən işlər
Category Archives: Son görülən işlər
Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolu müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda Nərimanov Rayon İcra Hakimiyyətində görüş keçirilib.Görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının sədri Hümbət Hüseynov və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində olan bələdiyyələrin sədrləri iştirak etmişdir.Görüşü giriş sözü ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev açmışdır və bildirmişdir ki, görüşün əsas məqsədi Bələdiyyələrə aid olmayan cərimələrin tətbiqi və digər məsələlərin müzakirəsidir.İşgüzar görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov ətraflı çıxış etmiş və bələdiyyə sədrlərini maraqlandıran sualları cavablandırmışdır.Görüşdə həmçinin, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Belediyye.info saytının rəhbəri Vüqar Tofiqli, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Səbail Bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov çıxış edərək mövzu ətrafında fikirlərini bildirmiş və bələdiyyələri narahat edən məsələləri dilə gətirmişlər.
“DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibəti ilə başlatdığı “DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu. Kompaniya çərçivəsində Koroğlu küçəsi ev 64 ünvanında şəhid Sahib Hüseynovun anası Pərzal Hüseynova, Eldar Babayev küçesi ev 27 ünvanında şəhid Hüseynov Ruzilin anası Hüseynova Senuberin, Ağa Nemətulla küçəsi ev 22 ünvanda yaşayan aztəminatlı və iki övladı sağlamlığında problem olan Həsənov Ədaletin, Arif Hüseynov ev 11də yaşayan qesəbə ziyalısı Hüseynova Liliyanın qonağı olundu, “DOST xonçası” təqdim edildi. M.Ə.Rəsulzadə Bələdiyyəsi kollektivi adından təbriklər çatdırıldı.
Novruz bayramı ilə əlaqədar olaraq tədbirlər təşkil edilib


Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Zərifə Əliyeva adına istirahət parkında Novruz bayramı ilə əlaqədar olaraq tədbirlər təşkil edilib
Milli qəhrəmanı Fərhad Hümbətovun anası Salatın Hümbətovaya baş çəkilib


M.Ə.Rəsulzadə bələdiyyəsinin xanım üzvlərinin iştirakı ilə Azərbaycanın Milli qəhrəmanı Fərhad Hümbətovun anası Salatın Hümbətovaya baş çəkib, rayon rəhbərliyinin adından onu 8 Mart Qadınlar bayramı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.
M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
29 yanvar 2019-cu il tarixdə Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədova verdi.
M.Məmmədov öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib bir sıra məsələlərin artıq həll edildiyini bildirdi və qeyd etdi ki, qəsəbənin M.Davudoğlu küçəsində yenidənqurma işləri aparılmış, bütün kommunikasiya sistemi yenilənmiş, yeni asfalt örtüyü vurulmuş, küçə işıqları çəkilmiş, ətraflarda ağaclar əkilmiş və dekorasiya işləri aparılmış və sosial lahiyələrin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq təkliflər verilmişdir.
Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün sözü M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynova verdi.
H.Hüseynov isə öz çıxışında 2018-ci il ərzində qəsəbə ərazisində bələdiyyə tərəfindən görülmüş işlər barədə məlumat verdi və bildirdi ki, qəsəbənin 8 Mart, Z.Qəmbərov I döngə, C.Xəndan 26-cı məhəllə və Hacıbababəyov küçələrində asfaltlanma işləri aparılmış və bir sıra sosial layihələr həyata keçirilmişdir
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri M.Kazımov, Y.Alızadə, E.Haşımov və O.Zeynalov məruzəyə münasibət bildirərək qəsəbədə həlli vacib məsələlərə toxundular.
Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən A.Əliyeva həmin problemlərin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını, layihə və təkliflərin təqdim olunduğu və yaxın gələcəkdə həll ediləcəyini qeyd etdi.
Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.
M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdulla-zadə təltif olunub
Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub. Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Eyni zamanda 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması, Bakıda gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər mühüm tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoyduğunu qeyd edib.
Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Bütün bunları nəzərə alaraq, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK İcraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib. Ötən ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 50 nəfər istedadlı gənc AHİK-in Fəxri Diplomu, Döş nişanı və Vəsiqəsi ilə təltif olunub. Seçilənlər peşəkar fəaliyyəti dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənənlərdir. Keçirilən təltif etmə mərasimində M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdulla-zadə də təltif olunub. Gəncimizi təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.
ASAN Könüllülər üçün ASAN Tur təşkil edilmişdir
15 dekabr tarixində “Master-2” proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 15-ci heyət ASAN Könüllülər üçün ASAN Tur təşkil edilmişdir. Təşkil edilmiş ASAN Tur çərçivəsində könüllü gənclər ilk öncə Binəqədi qəsəbəsində yerləşən “Binəqədi IV dövr fauna və flora qəbirstanlığı”da olmuş və burada könüllülərə tarix yer haqqında geniş məlumat verilmişdir. Sonra ASAN könüllüləri “Heydər” məscidini ziyarət etmişdirlər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilmiş və məscid ilə yaxından tanışlıq olmuşdur. Ziyarətdən sonra ASAN könüllüləri Rəsulzadə bələdiyyəsinin qonağı olmuş və bələdiyyənin fəaliyyəti ilə tanış olmuşdurlar. Sonra onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilmişdir. Görüşdə çıxış edən bələdiyyə sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi. Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı. Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi. Sonda gənclər xatirə fotosu çəkdirmişdir.
M.Ə.Rəsulzadə bələdiyyəsi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında “Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq
M.Ə.Rəsulzadə bələdiyyəsi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında “Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq
15 noyabr 2018-ci il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsində Azərbaycan Dövlət İqtisad Universitetinin professorları ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, sədrin müavinləri Ayət Nağıyev və Leyli Tahirova, bələdiyyənin komissiya sədrləri və şöbə müdirləri, Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Kamil Şahbazov və kafedranın dosenti, iqtisad elmləri namizədi Zakir Mirzəyev iştirak ediblər.
Görüşdə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən irəli gələrək tərəflər arasında əməkdaşlığa dair müzakirələr aparılıb. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub. M.Ə.Rəsulzadə bələdiyyəsi “Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır və bu istiqamətdə öz töhvələrini verəcəkdir.
“Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi hədəfdə elektron bələdiyyə sisteminin formalaşdırılması, yerli vergilər və ödənişlərin elektronlaşdırılması, təsərrüfat fəaliyyəti ilə məşğul olan tərəflərin təhsilin inkişafına və onun səviyyəsinin bazar münasibətlərinin yüksək tələblərinə uyğunlaşdırılması, ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və dünya standartlarına müvafiq şəkildə hazırlanmış mütəxəssislərin işlə təmin edilməsinə qayğı və diqqətin artırılmasıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının müdiri iqtisad elmləri doktoru, professor Kamil Şahbazov və kafedranın dosenti Zakir Mirzəyev “Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi istiqamətində M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən universitetlə əməkdaşlığa dair təklif edilməsini yüksək dəyərləndiriblər. Onlar vurğulayıblar ki, bu, bələdiyyələrdən gələn ilk təşəbbüsdür və bu təqdirəlayiqdir. Görüşdə bildirilib ki, əməkdaşlıq çərçivəsində ölkə iqtisadiyyatının inkişafı sahəsində problemlərin həllinə yönəldilmiş birgə elmi-tədqiqat işlərinin aparılmasını, elmi konfrasların, forumların, simpoziumların keçirilməsi, bələdiyyə əməkdaşlarının universitetdə ixtisaslarının artırılması və yenidən hazırlanması işinin təşkili, universitetin tələbələrinə, gənc alim – aspirantlara bələdiyyədə istehsalat təcrübəsi keçməsi üçün imkanlar və şəraitin yaradılması, təcrübə keçmək və təhlil aparılması nəzərdə tutulub.
Müzakirələr nəticəsində M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması, tədbirlər planının hazırlanması qərara gəlinib.
“Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib
31 oktyabr 2018-ci il tarixdə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Gender bərabərliyi üzrə komissiyası tərəfindən “Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının konfrans zalında keçirilən tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Gender bərabərliyi üzrə komissiyasının sədri Jalə Tofiqqızı, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri, “Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, həmkarlar ittifaqının üzvləri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov qonaqları salamlayıb və konfransın məqsədi haqqında məlumat verib. Məhərrəm Xəlilov bildirib ki, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı bələdiyyələrin qarşılaşdığı problemlərə diqqətlə yanaşır və onların həlli üçün respublika bələdiyyələrində mövcüd olan real vəziyyəti təhlil edərək öz təkliflərini mütəmadi olaraq aidiyyatı orqanlara göndərir. Verilən təkliflər əsasən bələdiyyələrin maliyyə bazasının möhkəmlənməsinə və bələdiyyələrdə çalışan işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə yönəlib.
Konfransda “Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Gender bərabərliyi üzrə komissiyasının sədri Jalə Tofiqqızı qeyd edib ki, bu gün Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə ölkə rəhbərliyinin siyasi iradəsinə arxalanaraq özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətdə özünəməxsus yer tutmağa səy göstərirlər. Prezident İlham Əliyevin qərarqəbuletmədə qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkdiyini vurğulayan Jalə Tofiqqızı Azərbaycanda bələdiyyə tarixində gender bərabərliyinin inkişafından danışıb. Bildirib ki, gender bərabərliyinin qorunması üçün maarifləndirmə işləri daha da gücləndirilməli və bu işdə kişilər də qadınlarla bərabər maraqlı olmalıdır.
Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, qadınlara diqqət və qayğının nəticəsi olaraq, bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal olan Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2%-dir. Hümbət Hüseynov deyib ki, respublikada qadın hərakatının geniş vüsət almasında, xanımları nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova konfransda çıxış edərək bildirib ki, bələdiyyə institutunda gender bərabərliyinin təmin olunması, bu mövzuda tədbirin təşkili təqdirəlayiq haldır. Cəmilə Səttarova deyib ki, AHİK qadınların iş yerində hüquqlarının tapdalanmasının, ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, onlar üçün nümunəvi şəraitin yaradılması və s. istiqamətlərdə məqsədyönlü işlər aparır. İşləyən qadınlar arasında aparılan sorğular sübut edir ki, Azərbaycanda bu sahədə qanunun kobud şəkildə pozulması halları müşahidə olunmur. Mərkəzin sədri vurğulayıb ki, AHİK-in beynəlxalq qurumlarla birlikdə apardığı məqsədyönlü işlər, maarifləndirmə tədbirləri nəticəsində bu sahədə bir çox nailiyyətlər əldə olunub.
Daha sonra tədbirdə çıxış edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri, “Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli Azərbaycanda bələdiyyələrin büdcəsinin formalaşdırılması, bələdiyyə təsərrüfatı və bələdiyyə aparatının saxlanılması ilə bağlı müxtəlif bələdiyyələr arasında müqayisələr aparıb. Bələdiyyə işində qadınların iştirakçılığına toxunan natiq bu kimi tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. O, qadınların yerli sosial problemlərin həllinə həssaslıqla yanaşdıqlarını, həmçinin mətbuatla sıx əlaqəli fəaliyyətdə olduqlarını qeyd edib. Vüqar Tofiqli söyləyib ki, bu gün Azərbaycan qadını bir sıra məsələlərin həllində, eləcə də qərarqəbuletmədə kişilərlə bərabər mühüm rol oylayırlar.
“Bələdiyyə institutunda gender bərabərliyinin qorunması: problemlər və perspektivlər”
Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”.
Qadın ülviyyətindən, qadın zərifliyindən, qadın sədaqətindən danışdıqda gözümüzün önünə, hər şeydən əvvəl, Anaları gətiririk. Bizim ünvanımız isə Azərbaycan anasıdır, Azərbaycan qadınıdır. O Azərbaycan qadını ki, bütün dövrlərdə cəmiyyətdə özünəməxsus yer tutub, tarixin ən çətin və həlledici anlarında öz sözünü deyib, şərəfli bir yol keçərək XXI əsrə qədəm qoyub. Üçüncü minillik isə qadının cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Bu, qadının böyük qüvvə olduğunu bir daha diktə edir.
Qadın hərəkatındakı fəallaşma, canlanma hamımızı sevindirir. İndi cəmiyyət həyatının bütün sahələrində aparıcı mövqeyə malik qadınlar öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə, daha da çiçəklənməsinə sərf edirlər. Onların hərtərəfli fəaliyyəti üçün isə ölkəmizdə münbit şərait mövcuddur. Müasir Azərbaycan qadını öz soykökünə, öz xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, tarixi ənənələri qoruyan, onun keşiyində duran və bu gözəl ənənələri daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır. Öyünürük ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verib. Bu gün Azərbaycan qadını böyük qüvvədir. Xatırladım ki, 2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edir.
Respublikamızda qadın hərakatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.
Qadınların real həyatda – hakimiyyət orqanlarında, seçkili orqanlarda təmsil olunmalarının dövlət tərəfindən stimullaşdırılması çox böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün illərdə bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
Qadınlara diqqət və qayğının nəticəsi olaraq, bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal olan Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2%-dir. Qanunvericilik orqanı, dövlət idarəetmə sistemi, elmi-tədqiqat müəssisələri, təhsil-səhiyyə sahəsində xüsusu xidmətləri olan qadınlarımızın elmin inkişafında da müstəsna rolu var. Bildiyimiz kimi, elmi işçilərin 56,0 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da ötən seçkilərə nisbətdə artaraq 16,1%-ə çatıb. Parlament sədrinin 3 müavinindən 1-i, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi, İnsan Hüquqları üzrə müvəkkil, 3 nazir müavini, Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakim, o cümlədən 52 hakim, 36 rayon icra Hakimiyyəti başçısının müavini qadındır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini və Ombudsmanı da qadındır.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi
qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi
qızlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizi qadınlardır. Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb.
Son illərdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. Müqayisə üçün qeyd edə bilərəm ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, seçkidən-seçkiyə bələdiyyələrdə onların mövqeyi möhkəmləməyə doğru irəliləyib. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm artaraq, bələdiyyə üzvü qadınların sayı 35 %-i təşkil edib. Eyni zamanda, bələdiyyələrə rəhbərlik edən qadın sədrlərin sayı da artıb. Qeyd etmək lazımdır ki, bələdiyyə qulluqçuları sırasında da təmsil olunan qadınların sayı müvafiq olaraq ildən-ilə artmaqdadır.
Qadınların siyasi sahədə əldə etdiyi uğurlar son dərəcədə diqqətçəkəndir və bu, həm dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir, həm də cəmiyyətdə mövcud olan nümunələrin, örnəklərin meydana gətirdiyi reallıqdır.
Şübhəsizdir ki, Azərbaycan qadınları daha çox sosial sferada təmsil olunurlar. Həmçinin ölkəmizdə kifayət qədər ictimai təşkilatlar, QHT-lər fəaliyyət göstərir ki, onların bir çoxu qadın təşkilatlarıdır. Eyni zamanda birbaşa qadınlar tərəfindən təsis olunan qurumlar da mövcuddur ki, onlar cəmiyyətdəki bəzi sosial problemlərin həlli ilə məşğuldurlar. Məhz ictimai sahədə qadınların cəmləşməsi özlüyündə onların siyasi həyata hazırlanmasında bir məktəb rolunu oynayır. Bu mənada həyatımızın elə bir sahəsi yoxdur ki, qadınlar orada özlərini sınaqdan çıxarmasınlar. Hazırda qadınlarımız əvvəllər
onlar üçün münasib sayılmayan sahələrdə – hüquq-mühafizə orqanlarında, hərbi hissələrdə, yol polisi idarələrində də çalışırlar və qeyd etdiyim orqanlarda qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.
İnsan haqlarının ali dəyər kimi qəbul edildiyi bütün demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunub-saxlanılması məsələlərinə daim xüsusi həssaslıqla, diqqətlə yanaşılır. Sağlam cəmiyyətin sütunu, bünövrəsi sayılan qadınlar fəal sosial zümrə kimi bu gün təkcə mənsub olduqları xalqlara deyil, ümumən bəşəriyyətə xas yüksək idealları, ali dəyər və keyfiyyətləri özlərinin zəngin mənəvi dünyalarında yaşadırlar. İnsanlığın daim can atdığı sülh, sabitlik, tərəqqi və firavanlıq kimi məqsədlər naminə uzun əsrlər boyu kişilərlə çiyin-çiyinə çalışan, ən çətin anlarda onlara mənəvi dayaq olan qadınlar taleyin sərt qismətindən tarixən həm də öz təbii və qazanılmış hüquqları uğrunda mübarizə aparmalı olmuşlar.
Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,
M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri