Həmin iclasda iştirak edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Vergi Məcəlləsinin 203-cü maddəsində fiziki şəxslərin torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmaqları göstərilsədə uçotdan yayınan və uçota durmaqdan boyun qaçıran şəxslərlə bağlı istər Vergi Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi təklifini irəli sürüb.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
16 may 2018-ci il tarixdə Xırdalan şəhərinin Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının və nəzarət-təftiş komissiyasının hesabatları, 2017-ci il üçün büdcəsi və təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat dövründə ölkəmizdə mühüm inkişaf prosesləri, əhalinin gündən-günə maddi rifahının yüksəlməsi müşahidə olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar. Ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün ardıcıl tədbirlər görülüb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.
Ötən il qəsəbə bələdiyyələrində “Azərbaycanda Yerli Demokratik Həftəsi” çərçivəsində 665 görüş keçirilib. Görüşlərdə 72684 nəfər iştirak edib, bələdiyyələrdə 7363 nəfərin fərdi qəbulları aparılıb.
Qəsəbə bələdiyyələri üzrə illik büdcə daxilolmalarının 6 842 412 manatı və ya 88,7 faizi yerli vergi və ödənişlərdən daxil olmalar, 630 212 manatı və ya 8,2 fazini dövlət tərəfindən ayrılan dotasiya, 243 423 manatı və ya 3,1 faizi isə 2016-cı ildən növbəti ilə keçən qalıq vəsaiti hesabına formalaşıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmiz qüdrətli dövlətə çevrilib, sürətli sosial-iqtisadi inkişaf yolu keçib, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə edib. Bütün dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda ölkə rəhbərliyi köklü iqtisadi islahatlara start verib. Sahibkarlığın inkişafı, daha münbit investisiya mühitinin yaradılması üçün təsirli tədbirlər görülüb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Milli Məclisin deputatları Rüstəm Xəlilov və Kamran Bayramov çıxış edərək bələdiyyələrin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Onlar qanunvericilikdə edilən dəyişikliklərin önəmindən, bu dəyişikliklərin yerli özünüidarə orqanlarının inkişafına müsbət təsirindən, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılması istiqamətdə görüləcək işlərin əhəmiyyəti vurğulanıb, qəsəbə bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.
Tədbirdə qəsəbə bələdiyyələrinin sədrləri gördükləri işlər barədə məlumat veriblər. Eyni zamanda, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar edilib. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.
Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilatı məsələlərə baxılıb.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunub və qəbul edilib.
Binəqədi rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RİH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub
Binəqədi rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RİH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub.
Ekskursiyada Həmidə Əşrəfova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə, 99, 100, 103 nömrəli tam orta məktəblərin şagirdləri və ASAN könüllüləri iştirak ediblər.
Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kv.m sahədə yerləşib. Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində yerləşən “Ana harayı” abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilib.
Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verilib. Sonra şagirdlər muzeyin akt zalında Xocalı soyqırımından bəhs edən videoçarxa baxıblar.
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb.
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb.
Beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb.
“Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb. Yürüşdə peşəkar dağçılar Turan Əhmədov, Emin Mirzəyev, Rinad Rəhimxanov, Natiq Yusifli, Anar Abbasov və Turan Əhmədov iştirak edib.
Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir.
Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir.
Qeyd edək ki, 23 fevral 2018-ci il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsində Qoşqar zirvəsinə edilən yürüşün iştirakçıları ilə görüş keçirilib və uğurlar dilənilib.
M.Ə.Rəsulzadə bələdiyyəsində Qoşqar zirvəsinə ediləcək yürüş iştirakçıları ilə görüş keçirildi
23 fevral 2018-ci il tarixdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ictimai-humanitar sektorun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə bələdiyyəsində Everest İdman Klubunun İdarə Heyətinin üzvləri ilə görüş keçirildi. Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və Everest İdman Klubu sədrinin birinci müavini Araz Əsgərov, klubun ictimaiyyətlə əlaqələr üzrə icraçısı Emin Mirzəyev iştirak etdilər.
Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsi və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüş edilməsi müzakirə olundu.
Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqı üçün böyük faciə olduğunu bildirdi. Bu tarixin unudulmamasının, gələcək nəslin qan yaddaşımızı hər zaman xatırlamasının vacibliyini vurğuladı. Bu məqsədlə də Everest İdman Klubu ilə birlikdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüşün şərəfli addım olduğunu qeyd etdi. Bələdiyyə sədri Xocalı soyqırımı qurbanlarının anımı məqsədilə ediləcək yürüşdə iştirakçılara uğurlar arzulıdı.
Sonra Everest İdman Klubu sədrinin birinci müavini Araz Əsgərov çıxış edərək Xocalı soyqırımı qurbanlarının yad edilməsinin vacibliyini vurğuladı və M.Ə.Rəsulzadə bələdiyyəsinə verilən dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə digər təşkilati məsələlər barədə müzakirələr aparıldı.
Qeyd edək ki, M.Ə.Rəsulzadə bələdiyyəsi və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə ediləcək yürüş 24-25 fevral tarixlərində həyata keçiriləcək.
M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Milli Məclisdə təkliflər irəli sürdü
Həmin iclasda iştirak edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Vergi Məcəlləsinin 203-cü maddəsində fiziki şəxslərin torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmaqları göstərilsədə uçotdan yayınan və uçota durmaqdan boyun qaçıran şəxslərlə bağlı istər Vergi Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi təklifini irəli sürüb.
M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
19 yanvar 2018-ci il tarixdə 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsiin müdiri Elman Dadaşov və ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışdı.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər. Hesabat məruzələr ətrafında çıxış edən qəsəbə sakinləri hesabat məruzələrinə münasibət bildirdilər və qəsəbədə həlli vacib məsələlərə toxundular.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. A.Əliyeva sonra qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Daha sonra Ölkə Prezidentinin tapşırıqlarına müvafiq olaraq Binəqədi rayonunun Azadlıq prospekti, Binəqədi şossesi və digər ərazilərində gedən abadlıq və quruculuq işlərindən geniş və ətraflı danışan A.Əliyeva yekunda qəsəbə sakinlərini maraqlandıran sualları cavablandırdı.
Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsinin və Rəsulzadə bələdiyyəsi sədrinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib
Ekskursiya zamanı muzey bələdçisi muzey haqqında ətraflı məlumat verərək bildirib ki, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi — 1967-ci ildә yaradılıb. Muzeyin fondunda 35 minә yaxin eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, elәcә dә ozunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri – әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları, Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbəyovun, milli professional vokal sәnәtinin banisi Bülbülün, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muәllif not әlyazmaları, musiqi xadimlәrinin şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri incәsәnәt nümunәlәri, notlar, kitablar vә s. materialları gostәrmәk olar. Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir.
Muzeylə tanışlıq şagirdlərdə maraq yaradıb, onların sualları bələdçi tərəfindən cavablandırılıb və sonda xatirə fotosu çəkilib.
ADA universitetinin tələbələri ilə M.Ə.Rəsulzadə bələdiyyəsində görüş keçirilib
ADA universitetinin tələbəsi, qəsəbə sakinimiz Ümid Bayramlı və onun tələbə yoldaşlarının təşəbbüsü ilə M.Ə.Rəsulzadə bələdiyyəsində tələbələrlə görüş keçirilib. Belə ki, Ümid Bayramlı M.Ə.Rəsulzadə bələdiyyəsinin facebook səhifəsinin izləyicisi olaraq, Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nin 10 illiyi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” devizi altında “Bələdiyyələr demokratik sistemin özəyi kimi” mövzusunda keçirilən tədbirdə görülən işlər və həyata keçirilən layihələr barədə verilən məlumatlarla tanış olub və daha yaxından tanış olmaq istəyib.
Görüş çərçivəsində tələbələr gəliş məqsədlərinin M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyətini izləyib, bələdiyyənin funksiyaları, gördüyü işlər, əməkdaşlarla daha yaxından tanış olmaq olduğunu bildiriblər. Buna uyğun olaraq müzakirələr aparılıb, suallar səsləndirilib. Tələbələrin verdiyi bələdiyyənin bu günki problemləri, qərarların necə təsdiqlənməsi sualları və çinli tələbə Yingqi Zhangın verdiyi “ölkəmizlə ən çox qürur duyulan məqamlar hansılardır” sualına sədrin cavabı “bizim qürur duyacağımız bir çox məqamlar var, ən önəmlisi müstəqilliyimiz və dilimizdir” olub. O vurğulayıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə başçımız İlham Əliyevin bütün sahələr üzrə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, müstəqilliyimiz əbədidir və heç bir daxili və xarici qüvvələr ona xələl gətirə bilməz.
Tələbələrlə səmimi söhbət aparılıb və sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, artıq müasir düşüncəli gənclər, qəsəbə sakinləri bələdiyyənin fəaliyyəti ilə özləri yaxından tanış olmağa çalışır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında bələdiyyə sədrləri və bələdiyyə üzvləri də vardır. O cümlədən, Sərəncama əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyanın sədri Mahir Abbasəliyev “Tərəqqi” medalı ilə təltif olunub. Bu onu təsdiq edir ki, bələdiyyələr daim cənab Prezidentin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup təltif olunanları bu münasibətlə təbrik edir və bələdiyyələrə göstərdiyi diqqətə görə M.Ə.Rəsulzadəbələdiyyəsinin kollektivi adından cənab Prezidentə minnətdarlığımızı bildiririk!
Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib
Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib. Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.
AHİK gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir. AHİK İK-nin «Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Bu – mənim peşəmdir», «Gender bilikləri və texnologiyası məktəbi», «İlin peşəkar gənci» və “Gənc həmkarlar ittifaqı lideri məktəbi”- gənc işçilər üçün kompleks proqram haqqında qərarları bu məqsədləri güdür. Həmin layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar ittifaqi üzvlüyünə motivasiyanin gücləndirilməsinə yönəldilir.
S. Möhbalıyev bildirib ki, sahə həmkarlar ittifaqi orqanları tərəfindən “İlin peşəkar gənci” fəxri adının verilməsi və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” layihəsində fərqlənənlər barədə verilmiş təqdimatlar AHİK İcraiyyə Komitəsinin qərarları ilə təsdiq edilib. “Bu gün fəxri ada və diplomlara layiq görülən gənclərimiz yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçiliblər.Biz onların hər birini ürəkdən təbrik edir, həyatda və gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlərə imza atmalarını arzulayırıq.”
Tədbirin sonunda “İlin peşəkar gənci” fəxri adını alan qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, keçirilən tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü Ayla İbrahimova da mükafata layiq görülüb. Bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.