29 sentyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Rəsulzadə qəsəbə Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatı hesabat-seçki yığıncağı keçirildi. Hesabat-seçki yığıncağında YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədrinin səlahiyyətlərini icra edən Fəsli Nəbiyev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalları və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.
Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan Fəsli Nəbiyev iştirakçıları salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyinə əsasən Rəsulzadə qəsəbə Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatının hesabatı, təşkilatın yeni idarə heyəti, sədr və müavinlərinin seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsinə başlanıldı.
Yığıncaqda YAP Binəqədi rayon Təşkilatı Rəsulzadə qəsəbə Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatının sədri Ayla İbrahimova hesabat məruzəsi ilə çıxış etdi. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi fəaliyyətin bu gün də dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Məhz dövlət başçısının uğurlu daxil siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, bu uğura öz töhfəsini verən Yeni Azərbacan Partiyasının məqsədyönlü siyasi fəaliyyətindən bəhs etdi. Daha sonra təşkilat tərəfindən keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyi ilə ərazi ilk partiya təşkilatı birgə uğurla fəaliyyət göstərir. Yeni gənc üzvlərin cəlb edilməsi, partiya üzvü olan gənclər ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin reallaşdırılması istiqamətində bir sıra işlər görülüb və hazırda da bu işlər davam etdirilir.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra ərazi ilk partiya təşkilatının 5 nəfərdən ibarət İdarə Heyəti seçildi. YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva gündəlikdə olan ikinci məsələ – ərazi ilk partiya təşkilatının yeni sədrinin seçilməsi üçün gənc fəal Ayla İbrahimovanın namizədliyini irəli sürdü. Təklif nəzərə alınaraq səsə qoyuldu və təsdiq edildi. YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalı Babək Cəlilov sədr müavini seçildi. Yeni sədr və sədr müavinləri çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər.
Daha sonra hesabat-seçki yığıncağında çıxış edən Sevinc Abdullayeva, Kubra Əliyarlı gənclərə öz tövsiyyələrini verdilər. Onları daha da fəal olmağa və partiyanın tədbirlərində, ictimai-siyasi həyatında yaxından iştirak etməyə çağırdılar. Yeni seçilən tərkibi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
İclas digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşdı.
Home » Bələdiyyə xəbərləri » Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Rəsulzadə qəsəbə Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatı hesabat-seçki yığıncağı keçirildi


