M.Ə.Rəsulzadə qəsəbəsində Binəqədi şossesinin və Q.Hacıbababəyov küçəsinin bir hissəsində təmir-bərpa işləri görülmüşdür

M.Ə.Rəsulzadə qəsəbəsində Binəqədi şossesinin və Q.Hacıbababəyov küçəsinin bir hissəsində təmir-bərpa işləri görülmüşdür. Görülmüş işlər çərçivəsində Binəqədi şossesinin sağ tərəfindəki əhəng daşından hörülmüş bordürlərin və Q.Hacıbababəyov küçəsinin kəşisməsindəki avtobus dayanacağının ətrafının aqlay üzlük daşı ilə üzlənməsi işləri aparılmışdır.

Continue Reading →

M.Ə.Rəsulzadə qəsəbəsində H.Ağamalıyev küçəsinin sağ və sol tərəfinin bir hissəsində abadlıq işləri həyata keçirilmişdir

M.Ə.Rəsulzadə qəsəbəsində H.Ağamalıyev küçəsinin sağ və sol tərəfinin bir hissəsində abadlıq işləri həyata keçirilmişdir. Görülmüş işlər çərçivəsində yolkənarı divarların bərpası və suvanması, ikiqat rənglənməsi, giriş qapıları və pəncərə məhəccərlərinin təmizlənərək boyanması, həmçinin çəmən örtüyünün döşənməsi təmin olunmuşdur.

Continue Reading →

Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolu müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda Nərimanov Rayon İcra Hakimiyyətində görüş keçirilib.Görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri […]

Continue Reading →

M.Ə.Rəsulzadə bələdiyyəsinin 2019-cu il üzrə fəaliyyəti və yerli büdcənin icrası barədə bələdiyyə sədri Hümbət Hüseynovun HESABAT MƏRUZƏSİ

Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 17 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa […]

Continue Reading →

“DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibəti ilə başlatdığı “DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu. Kompaniya çərçivəsində Koroğlu küçəsi ev 64 ünvanında şəhid Sahib Hüseynovun anası Pərzal Hüseynova, Eldar Babayev küçesi ev 27 ünvanında şəhid Hüseynov Ruzilin anası Hüseynova Senuberin, Ağa Nemətulla küçəsi ev 22 ünvanda yaşayan aztəminatlı və iki övladı sağlamlığında […]

Continue Reading →

Novruz bayramı ilə əlaqədar olaraq tədbirlər təşkil edilib

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Zərifə Əliyeva adına istirahət parkında Novruz bayramı ilə əlaqədar olaraq tədbirlər təşkil edilib

Continue Reading →

Milli qəhrəmanı Fərhad Hümbətovun anası Salatın Hümbətovaya baş çəkilib

M.Ə.Rəsulzadə bələdiyyəsinin xanım üzvlərinin iştirakı ilə Azərbaycanın Milli qəhrəmanı Fərhad Hümbətovun anası Salatın Hümbətovaya baş çəkib, rayon rəhbərliyinin adından onu 8 Mart Qadınlar bayramı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Continue Reading →

M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

29 yanvar 2019-cu il tarixdə Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və […]

Continue Reading →

M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdulla-zadə təltif olunub

Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub. […]

Continue Reading →

ASAN Könüllülər üçün ASAN Tur təşkil edilmişdir

15 dekabr tarixində “Master-2” proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 15-ci heyət ASAN Könüllülər üçün ASAN Tur təşkil edilmişdir. Təşkil edilmiş ASAN Tur çərçivəsində könüllü gənclər ilk öncə Binəqədi qəsəbəsində yerləşən “Binəqədi IV dövr fauna və flora qəbirstanlığı”da olmuş və burada könüllülərə tarix yer haqqında geniş məlumat verilmişdir. Sonra ASAN könüllüləri “Heydər” məscidini […]

Continue Reading →