Home » Bələdiyyə xəbərləri » YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı (M.Ə.Rəsulzadə Bələdiyyəsi) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı (M.Ə.Rəsulzadə Bələdiyyəsi) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

1

 

 

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə 23 fevral 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı (M.Ə.Rəsulzadə Bələdiyyəsi) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.
İclası giriş nitqi ilə açan M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Daha sonra ərazi ilk partiya təşkilatı tərəfindən fəaliyyət dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdıraraq ötən illər ərzində təşkilatın səmərəli fəaliyyətindən bəhs etdi. Hal-hazırda üzvlərinin sayının 103 nəfərdən ibarət olduğunu və Yeni Azərbaycan Partiyası sıralarının günbəgün genişləndiyini qeyd etdi. Hümbət Hüseynov Yeni Azərbaycan Partiyasının rayon təşkilatının tədbirlərində mütəmadi və fəal iştirak etdiklərini, partiya üzvlərinin bu istiqamətdə olan layihələrdə təşəbbüskar olduqlarını xüsusilə qeyd etdi.
O, həmçinin çıxışında M.Ə.Rəsulzadə Bələdiyyəsinin üzvlərinin və aparat işçilərinin aktiv fəaliyyətindən bəhs etdi. Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə əməkdaşlıq edərək uğurlu layihələr həyata keçirdiklərini vurğuladı. Bələdiyyə ərazisində yaşayan Yeni Azərbaycan Partiyası üzvlərinin seçki proseslərində də xüsusilə aktiv olduqlarını qeyd etdi.
Hesabat məruzəsi ətrafında çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri – Ayət Nağıyev, Leyli Tahirova, Günel Vahabzadə, Ayla İbrahimova, Səadət Abbasova, Sabir Qocayev, Miradəm Abbasov hesabatın qənaətbəxş olduğunu bildirdilər.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra iclasın sədri Hümbət Hüseynov gündəlikdə duran digər məsələləri müzakirəyə çıxardı. Gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparıldı, məsələlər səsə qoyularaq qəbul edildi. Qərara əsasən ərazi ilk partiya təşkilatının 11 nəfərdən ibarət İdarə Heyəti, Hümbət Hüseynov sədr, Ayət Nağıyev, İsrafil Əliyev sədr müavinləri və rayon təşkilatının IX konfransa 3 nəfər nümayəndə seçildi.
İclasda yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümunəvi bələdiyyələrdən olduğunu xüsusi vurğulayaraq, bələdiyyənin gərgin əməyini və fəaliyyətini qiymətləndirdiyini bildirdi. Sədr 2012-2016-cı illərdə rayonumuzun böyük uğurlar əldə etdiyini və inkişaf yolu keçdiyini qeyd etdi. Vurğuladı ki, əldə olunan bütün uğurlar dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsindədir. Sevindirici haldır ki, bu bələdiyyədə çalışan əməkadaşların böyük əksəriyyəti bir zamanlar Yeni Azərbaycan Partiyasının könüllüləri olmuş gənclərdir. Sonda Ramiz Göyüşov M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazi ilk partiya təşkilatının yeni seçilmiş İdarə Heyətini, sədr və sədr müavinlərini təbrik edərək, bələdiyyə kollektivinə və partiya üzvlərinə uğurlar arzuladı.

8 9 3 4 5 6 7 2