Home » Bələdiyyə xəbərləri » “Vergi olimpiadası”na hazırlıq mərhələsində görüş keçirilib

“Vergi olimpiadası”na hazırlıq mərhələsində görüş keçirilib

M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbənin Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbində, qəsəbə ərazisində yerləşən məktəblər arasında təşkil ediləcək “Vergi olimpiadası”na hazırlıq mərhələsində görüş keçirilib. Keçirilən görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun müdiri, bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri, Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbin direktoru Gülnarə Məmmədova, qəsəbə ərazisində yerləşən 100, 99, 143, 115, 30 saylı məktəblərin tərbiyyə işləri üzrə direktor müavinləri iştirak edib.

Bələdiyyə sədri Hümbət Hüseynov çıxış edərək qəsəbə ərazisində görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.  Bələdiyyə sədri Yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və digər məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, bu məqsədlə “Vergi olimpiadası” keçiriləcək.

Daha sonra ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə çıxış edərək, keçiriləcək “Vergi olimpiadası” haqqında ətraflı məlumat verib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.7 6

1