Home » Bələdiyyə xəbərləri » Şamaxıda bələdiyyə işçilərinə təlim keçirilib

Şamaxıda bələdiyyə işçilərinə təlim keçirilib

 

samaxi

 

Şamaxıda Binəqədi, Sumqayıt və Şəmkir rayonlarının bələdiyə  işçilərinin iştrakı ilə təlimlər keçirilib. Təlim Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris mərkəzində baş tutub və 30-a yaxın bələdiyyə işçisinə şamil olunub.

Onlara vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki dərslər keçilib. Konfransda bələdiyyələrin fəaliyyətinin müasirləşdirilməsinə, xüsusilə də vergi və rüsumların toplanması işinin təkmilləşdirilməsi yönündə aparılan işlərdən danışılıb. Respublikanın bütün bələdiyyələrinin bu sistemə keçirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki,  2015-ci ilin yanvar ayından yerli özünü idarəetmə orqanlarında nəğd ödənişlər ləğv olunub. Həmin dövrdən vətəndaşlar öz vergi və ödənişlərini bank hesabına köçürür. Nəticədə vergi müfəttişi ilə vətəndaş arasında canlı təmaslar azalır,  neqativ halların qarşısı alınmış olunur.

Qeyd edək ki, həmin tədbirdə Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov və bələdiyyələrin digər nümayəndələri iştirak ediblər.

kanals.az