Home » Bələdiyyə xəbərləri » “Sağlam gələcək üçün erkən nikaha yox deyək” adlı layihə həyata keçirildi

“Sağlam gələcək üçün erkən nikaha yox deyək” adlı layihə həyata keçirildi

M.Ə.Rəsulzadə bələdiyyəsinin təşkilati dəstəyi və GİZ Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının maliyyə dəstəyi ilə bələdiyyə üzvü Günel Vahabzadənin “Sağlam gələcək üçün erkən nikaha yox deyək” adlı layihəsi həyata keçirilib. Layihədə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov , Binəqədi rayon qeydiyyat şöbəsinin müdiri Tavat İsmayılova, 9 saylı qadın məsləhətxanasının həkim-genekoloqu Tacə Səmədova,qəsəbə ərazisində təhsil alan məktəblilər və bələdiyyə üzvləri iştirak etmişdir. Erkən nikah ailə zorakılığının ən ağır formalarından biridir. Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur. Erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur, uşaqlıq dünyasından məhrum edilir, təhsildən uzaqlaşır və onun təhsil almaq hüququ pozulur. Layihənin həyata keçirilməsində məqsəd erkən nikahla bağlı məktəbliləri maarifləndirmək, ictimaiyyət arasında güclü təbliğat və maarifləndirmə işlərinin aparılması olmuşdur.15800695_1961333250768387_8903183480083907971_o 15732688_1961333517435027_3038614521932446854_o 15724907_1961333744101671_4856243038846426269_o 15776985_1961333247435054_1938584649840432490_o 15800689_1961333760768336_3514643950744617517_o 15781184_1961333440768368_1380992398542424734_n

15823692_1961333267435052_7198232845642158826_n