Home » Bələdiyyə xəbərləri » “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Dövlət qurumlarının rəhbər şəxslərin, nüfuzlu qonaqların, eləcə də Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarusiya, Rumıniya, İsveç, Mərakeş Krallığı və Cənubi Koreyadan yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi konfransın keçirilməsində məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqların qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək və perspektivlərin müəyyən edilməsidir.
“Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzusundakı III sessiyada Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib. Hümbət Hüseynov çıxış edərək, həm öz təcrübələrini bölüşüb, həm də öz təkliflərini diqqətə çatdırıb.18155927_2018615758373469_8387084443356776371_o 18076712_2018615841706794_40570300137732472_o

18076753_2018615918373453_1220234025035149695_o