Prezident Adminstrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri vəzifəsinə Emin Eyvazov təyin edilib. Qeyd edək ki, bu gün ilk dəfə olaraq E.Eyvazov Milli Məclisin Regional Məsələlər Komitəsinin toplantısına da qatılıb.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni Kamran Bayramov icra edirdi. Cari ildə Milli Məclisə keçirlən seçiklərdə YAP-ın siyahısı ilə 100-saylı Şəmkir-Daşkəsən dairəsindən Milli Məclisə üzv seçildiyindən vəzifə vakant idi.
Belediyye.info
