Home » Bələdiyyə xəbərləri » Mehdi Səlimzadə: “Torpaq sənədlərinin alqı-satqıya hazırlanmasının bir pəncərə sisteminə keçirilməsi zəruridir”

Mehdi Səlimzadə: “Torpaq sənədlərinin alqı-satqıya hazırlanmasının bir pəncərə sisteminə keçirilməsi zəruridir”

mehdi-selimzade

 

Bu gün Azərbaycan bələdiyyə sisteminin əsas məqsədlərindən biri ölkəmizdə yenidən formalaşan torpaq münasibətlərində, onun tənzimlənməsi prosesində yaxından iştirak etmək və bu istiqamətdə vətəndaşların qarşılaşdığı problemlərin aradan qaldırılmasına çalışmaqdır. Bütün proseslərin dövlət  siyasətinə uyğunlaşdırılması kimi əsas məsuliyyət yükünü çiyinlərdə daşıyan bələdiyyələr onlara göstərilən etimadı doğrultmalıdırlar.

Bu və digər  məsələlərə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin  rəisi Mehdi Səlimzadə ilə  görüşdük.  Mərkəz rəisiylə söhbətdə bu sahədə  mövcud duruma obyektiv münasibət bildirilməklə, bələdiyyələri narahat edən bəzi məqamlara da  aydınlıq gətirildi:

– Dövlətimizin əsas məqsədi iqtisadi inkişafın bütün mərhələlərində vətəndaşların prosesə cəlb edilməsi və hökumətin apardığı bu proseslərdə aktiv iştirak etməsinə nail olmaqdır. Dünyada gedən iqtisadi bohrandan yan keçməyimizdə məhz bu amilin böyük rolu vardır.

Bundan əlavə  mütəmadi olaraq instutsional dəyişikliklərin aparılması da ümumi prosesə təkan verib. Qeyd edilməlidir ki, torpaqların idarəedilməsindəki boşluqlar, pərakəndəlik bu istiqamətdə instutsional dəyişikliyin edilməsini zəruri etdi. Cənab Prezident İlham Əliyevin sərəncamıyla Dövlət Torpaq və  Xəritəçəkmə  Komitəsinin ləgv edilrək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilməsi nəticə etibaryiylə bu istiqamətdə dövlət siyasətinin daha təkmil və operativ şəkildə həyata keçirilməsinə söykənən addım kimi qəbul edilməlidir.

Bələdiyyənin əsas fəaliyyəti və başlıca gəlir mənbəyi torpaq satışından və torpaq vergisindən formalaşdığından bu addımın atılmasının bələdiyyələr üçün əhəmiyyətli rolu vardır.  Təəsüfflə qeyd etməliyik ki, on beş il ərzində bələdiyyələrin torpaqla bağlı problemi, əsasəndə  mülkiyyətin bələdiyyələrə verilməsi həll edilməmiş qalmışdı. Hətta bələdiyyələrə verilən xəritələrin özündə belə ciddi problemlər vardır. Xüsusəndə kənd təsərrfüatı təyinatlı torpaqlarda bu özünü daha qabarıq şəkildə göstərib. Bu istiqamətdə mərkəzə daxil olan məlumatların araşdırılması və ekspertizası zamanı kifayət qədər belə faktlara rast gəlmək olar.  Əksər hallarda iki dövlət strukturunun verdiyi rəylər üst-üstə düşmür və bir-birini tamamlamırdı.  Bu gün Əmlak məsələləri üzrə Dövlət Komitəsinin yaratdığı elektron informasiya  bazası məhz bu anlaşılmazlığı aradan qaldırmış olacaqdır. Bu elektron informasiya bazasının olmaması nəticə etibariylə qanunsuzluqlara da yol açırdı. Elə bu səbəbdən idi ki, son beş ildə 200-ə yaxın bələdiyyənin fəaliyyətində cinayət tərkibli məqamlar aşkarlandığından  materiallar toplanaraq prokurorluq orqanlarına təqdim edilmişdir. Bu materilalların 70-ə faizədək hissəsi məhz torpaqların idarəedilməsində  yol verilən nöqsanlarla bağlı olub.

Bu günlərdə Bakıda “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda keçirilən İşgüzar Forumda səslənən fikirlər sözügedən məqamların birbaşa bələdiyyələrə çatdırlımasında böyük rolu olacağına inanıram. Bu kimi forumların təşkili nəticə etibariylə bələdiyyə- komitə münasibətlərinin yaranmasına, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə imkan verəcək. Yekun da isə bələdiyyə, Əmlak Məsələləri Dövlət Komitəsi, xüsusəndə vətəndaşların qarşılaşdığı problemlər öz həlini tapacaq.

Diqqəti çəkən digər bir məqam  isə ondadır ki,  bəzi hallarda bələdiyyə torpaqların zəbt edilməsinə bələdiyyə sədrlərinin göz yumması, digər orqanların onların işinə müdaxiləsinə yol verməsi nəticədə cəmiyyətdə bələdiyyələr haqqında mənfi fikirlərin yaranmasına şərait yaratmış oldu.

Bəzən iri şəhərlərdə bələdiyyə ərazisində tikinti aparmaq üçün sənəd verilir, rəy verilir, amma bələdiyyə mülkiyyətinə aid ərazinin alqı-satqı əməliyyatı aparılmır. Bələdiyyə sədrlərinin məsuliyyətsizliyi nəticəsində tikinti işini aparıan şirkət bələdiyyə ilə münasibət qurmağa maraqlı olmur. İri şəhərlərdə bu problemlərə daha çox rast gəlmək olar. Bu tipli məsələlərin həlli üçün bələdiyylər bu gün daima komitəylə əməkdaşlıq etməklə bu tipli problemlərin həllinə nail olmalıdırlar. Nəticədə vətəndaşların qarşılaşdığı problem həllini tapar, bələdiyyədə əmlak və torpaq vergisnin yığımını  həyata keçirmiş olar.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu işdə aktiv olması  bütovlükdə Azərbaycan bələdiyyə sisteminə öz töhvəsini verəcəkdir.

Bu gün torpaq sənədlərinin alqı-satqıya hazırlanmasıyla bağlı sənədləşdirmə prosesinin sadələşdirilməsi və prosesin bir  pəncərə sistemiylə həyata keçirilməsi daha zəruri sayılmalıdır. Fikrimcə, Əmlak Məslələri üzrə Dövlət Komitəsiylə bələdiyyələr arasında elə bir mexanizm qurulmalıdır ki,  vətəndaş prosesdən narazı qalmasın, eyni zamanda vaxt  itgisinə yol verilməsin. Çalışmaq lazımdır ki, vətəndaş bələdiyyədən narazı qalmasın. Vətəndaşın bələdiyyədən narazı getməsi ümumilikdə vətəndaşın dövlətdən narazı qalması kimi başa düşülməlidir. Hec bir bələdiyyə belə bir məqama qol qoymamalı, problemlərinin həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırmağa maraqlı olmalıdrılar.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsində eyni zamanda bələdiyyələrin mülkiyyətinə aid torpaq sahələrinin satışı prosesində prosedurların sürətlə həyata keçirilməsini və sadələşdirilməsini təşkil etməlidir. Hansı üsulla olursa olsun istər qanunvericilik yolu ilə istərsədə daxili qaydalarla yenilikləri tətbiq etməklə bələdiyyə torpaqlarının alqı-satqı prosedurunun qısa müddətdə və sənədlərin sadəşdirilməsi prosesini həll etmək lazımdır. Yəni lüzumsuz sənədlər tələb etməlkə, vaxtı uzatmaqla vətəndaşları incitmək yolverilməzdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq sayəsində mövcud duruma aydınlıq gətiriləcəkdir.

 “Bələdiyyə Həyatı” qəzeti