Home » Bələdiyyə xəbərləri » Mehdi Səlimzadə: “Bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sürətləndirilməlidir”

Mehdi Səlimzadə: “Bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sürətləndirilməlidir”

mehdi-selimzade

“Bir çox bələdiyyələrə  torpaq üzərində  mülkiyyət hüququnu  təsdiq edən sənədlərin verilməməsi  bu gün aktual məsələ kimi qalmaqdadır”- bu fikri Belediyye.info saytına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə  deyib.   Onun sözlərinə görə, bələdiyyələrin əsas  gəlir mənbəyi  torpaq vergisindən və torpaqların  özəlləşdirilməsindən əldə olunan vəsaitlərdir. On beş il ərzində bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməməsi bələdiyyələrin haqlı  narazılığına səbəb olub. Qeyd edək ki, müvafiq dövlət orqanları indiyə kimi 500-ə yaxın  kənd bələdiyələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim ediblər. Onunda bir qismində müəyyən problemlər qalmaqdadır. Hər il Ədliyyə Hazirliyinin Milli Məclisə təqdim etdiyi illik hesabatında  digər məsələlərlə yanaşı bələdiyyə sisteminin qarşılaşdığı bu məsələdə müzakirəyə çıxarılır.  Düzdü  bu sənədlərin hazırlanması vaxt  tələb etdiyindən ləngimənin müəyyən obyektiv səbəb kimi qəbul edilə bilər. Lakin bu prosesin on beş il  uzanması artıq narahatlıq yaradır. Regionlarda və xüsusəndə Bakı şəhərində bələdiyyələrə torpaq fondu və onun üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd bələdiyyələrə verilməlidir.

 Məhz bu hüquqi sənədin bələdiyyələrə verilməməsi bir tərəfdən vətəndaşı bələdiyyədən narazı salır, ikinci tərəfdən bələdiyyə torpaq vergisindən məhrum olur.

 Bu gün maraqlı məqam  bir də ondandır yerli icra hakimiyyəti orqanı bələdiyyənin inzibati ərazisində hər hansı tikintiyə razılıq və izacə verdiyi halda inşa edilən obyektin altında olan torpağın  alqı- satqısı  həyata keçirilmir.  Bu səbəbdə nəticədə bələdiyyəyə daxil olan  maliyyə vəsaitlərinin azalmasına təsir edir.

 Bu gün istər bələdiyyələrin, istərsə də hər dövlət orqanının əsas vəzifəsi cənab prezident İlham Əlieyvin də qeyd etdiyi kimi vətəndaşa xidmət göstərməkdir.