M.Ə.Rəsulzadə qəsəbəsində H.Ağamalıyev küçəsinin sağ və sol tərəfinin bir hissəsində abadlıq işləri həyata keçirilmişdir. Görülmüş işlər çərçivəsində yolkənarı divarların bərpası və suvanması, ikiqat rənglənməsi, giriş qapıları və pəncərə məhəccərlərinin təmizlənərək boyanması, həmçinin çəmən örtüyünün döşənməsi təmin olunmuşdur.






