Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə Bələdiyyəsində “Yaradıcı əllər” layihəsinə yekun vuruldu

M.Ə.Rəsulzadə Bələdiyyəsində “Yaradıcı əllər” layihəsinə yekun vuruldu

IMG-20160808-WA0023

 

M.Ə.Rəsulzadə Bələdiyyəsi qəsəbənin uşaq və yeniyetmələri üçün təşkil edilən “Yaradıcı əllər” adlı master-classa 08 avqust 2016-cı il tarixdə yekun vurulub.

Layihənin yekun təlimində M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, “Birgə Yaradaq” layihəsi çərçivəsində keçirilən bu layihə  bələdiyyənin  2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilib. Məqsədimiz gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir. Bələdiyyə sədri bildirdi ki, master-class bir ay müddətində davam edib. Onun sözlərinə görə, layihə qəsəbə sakinlərində, uşaqlarda böyük marağa səbəb olub, hətta valideynlərdən oğlanlar üçün də master-classların təşkil edilməsi ilə bağlı müraciətlər edilib. Hümbət Hüseynov uşaqların həvəsini və marağını nəzərə alaraq, bələdiyyə tərəfindən layihənin payız mövsümündən davam etdiriləcəyini qeyd edib.

Sonra master-classı aparan peşəkar mütəxəssis, bu sahədə böyük təcrübəsi olan, bir sıra sərgilərin iştirakçısı, eləcə də M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Bəyim Məmmədovaya söz verilib. Bəyim Məmmədova vurğulayıb ki, bələdiyyə tərəfindən qəsəbənin balaca sakinlərini əhatə edən, uşaqların inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir. Bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılması üçün çox əhəmiyyətlidir.

Valideynlər adından çıxış edən qəsəbə sakini Şəhla Abdullayeva deyib ki, qızların bu təlimlərdə öyrəndikləri, müxtəlif ləvazimatlardan hazırladıqları güllər bir valideyn üçün böyük hədiyyədir. O, M.Ə.Rəsulzadə bələdiyyəsinə uşaqlar üçün belə imkan və şərait yaradıldığına görə minnətdarlığını bildirib.

Sonra layihə iştirakçılarına hədiyyələr təqdim olunub. Təlimlər zamanı fəallıqları ilə seçilən Yeganə Emilli və Mehriban İsmixanzadə birincilik qazanıblar.

 

IMG-20160808-WA0023

unnamed (2) unnamed (24) unnamed (22) unnamed (19) unnamed (3)unnamed (18) unnamed (10)unnamed (12)unnamed (9)