M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin xanım kollektivi təbrik edilib.Tədbirdə çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışan Hümbət Hüseynov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülüb. Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuş uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var.
Xanımlar hər zaman onlara göstərilən diqqətə və qayğıya görə təşəkkür edib.




