Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə bələdiyyəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil edilib

M.Ə.Rəsulzadə bələdiyyəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil edilib

 1

     Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 18 noyabr tarixli 230 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının 1.7-ci bəndinin icrasını təmin etmək, yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə 2014-2015-ci tədris ili müddətində rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyanın təşkil olunması nəzərdə tutulmuşdur.

     13 mart 2015-ci il tarixdə 100 №li tam orta məktəbin şagirdləri M.Ə.Rəsulzadə bələdiyyəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Memorial Soyqırımı Muzeyi”ni ziyarət etmişlər.

     Hərbi Prokurorluğun Cinayət axtarış bölməsinin əməliyyatçısı, polis mayoru Tahir Kazımov muzey barədə məktəblilərə ətraflı məlumat vermişdir. Sonra isə şagirdlər muzeyin akt zalında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsgərlərlə görüşündən və milli qəhrəman Mübariz İbrahimovdan bəhs edən videoçarxa baxmışlar.

 

1 2 3 4 5 6 7 8 9 10 11