05 iyul 2016-cı il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi Ramazan ayı ilə əlaqədar qəsəbə sakinlərini sevindirmişdir. Bələdiyyə tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında ehtiyacı olanları, qaçqın və məcburi köçkünləri, imkansız şəxsləri, ahıl və kimsəsizləri, şəhid ailələrini, Qarabağ müharibəsi iştirakçılarını və əlillərini əhatə edən “Paylaşmaq gözəldir” adlı aksiya həyata keçirilmişdir.
Bələdiyyə sədri Hümbət Hüseynov, eləcə də bir qrup bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının iştirakı ilə həyata keçirilən bu aksiya çərçivəsində bələdiyyədə yuxarıda qeyd olunan bir neçə imkansız qəsəbə sakini qəbul edilmiş, eyni zamanda bir qrup şəhid ailələri və kimsəsiz sakinlərin, o cümlədən, Milli Qəhrəman Fərhad Hümbətovun ailəsinin, şəhid Faiq Rüstəmovun ailəsinin, şəhid Sahib Hüseynovun ailəsinin evləri ziyarət edilmiş, onları narahat edən məsələlər müzakirə edilərək, təklif və arzuları dinlənilmişdir.
Görüşlərin yekununda bələdiyyə tərəfindən Ramazan ayı ilə əlaqədar hər bir ailəyə ərzaq sovqatı verilmişdir.





