Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə bələdiyyəsi iftar süfrəsi təşkil edib

M.Ə.Rəsulzadə bələdiyyəsi iftar süfrəsi təşkil edib

14 iyun 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında qəsəbə sakinləri üçün iftar süfrəsi verilib. İftar süfrəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi rayon təşkilatının təlimatçıları Rahil Şükürov, Natiq İsmayılov, qəsəbə ərazisində yaşayan aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər, ahıl və kimsəsizlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlilləri və sağlamlıq imkanları məhdud olan sakinlər iştirak edib.

1

 

 2 3 4 1