M.Ə.Rəsulzadə bələdiyyəsi 2015-ci ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirib.
Həftə ilə əlaqədar bələdiyyədə “Açıq qapı” günləri təşkil olunmuşdur, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə “qaynar telefon xətti” (Tel: 012 412 28 74) təşkil olunub.
Açıq qapı günlərində M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, sədr müavinləri, həmçinin bələdiyyənin şöbə müdirləri sakinləri qəbul ediblər. Görüşlərdə sakinlərin qaldırdıqları problemlər dinlənilərək aidiyyatı üzrə tapşırıqlar verilib.
Tədbirlərdə məqsəd vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakının təmin edilməsi, bələdiyyənin əhali qarşısında hesabatlılığının artırılması, vətəndaş-bələdiyyə münasibətlərinin düzgün qurulması və bu sahədə fəaliyyətin səmərəli istiqamətləndirilməsindən ibarət olmuşdur.
Ümid edirik ki, oktyabrın 12-dən 18-dək keçirilmiş “Yerli Demokratiya Həftəsi” vətəndaşların bələdiyyəyə olan etimadlarının artmasına və yerli əhəmiyyətli problemlərin həllində vətəndaşların birgə fəaliyyətini təmin edəcəkdir.

