Home » Bələdiyyə xəbərləri » “Lider qızların idarəçilik məktəbi” layihəsinin yekun tədbiri keçirilib

“Lider qızların idarəçilik məktəbi” layihəsinin yekun tədbiri keçirilib

M.Ə.Rəsulzadə bələdiyyəsi və GİZ Almaniya Əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının birgə təşkilatçılığı ilə GİZ Almaniya Əməkdaşlıq cəmiyyətinin, Cənubi Qafqazda yerli özünüidarəetmə proqramının Dayaq mentorluq layihəsində iştirak edən bələdiyyə üzvü Ayla İbrahimovanın birinci yerə layiq görülən “Lider qızların idarəçilik məktəbi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, GİZ Almaniya Əməkdaşlıq cəmiyyətinin Cənubi Qafqazda yerli özünüidarəetmə proqramının əməkdaşı Fidan Qasımova, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Almaz Hacıyeva, Binqədi rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova, Bakı Tekstil fabrikinin direktoru Səkinə Babayeva, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan məktəbli qızlar iştirak etdi.
Tədbiri giriş nitqi ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov qonaqları salamlayıb, layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. M.Ə.Rəsulzadə bələdiyəsinin təşkilatçılığı ilə gənclərin bir çox uğurlu layihələrinin həyata keçirildiyini qeyd edib.
Çıxış edən natiqlər layihənin önəmindən danışaraq, belə layihələrin davamlı olmasını qeyd ediblər.
Layihə çərçivəsində liderlik bacarıqları mövzusunda bir sıra təlimlər keçirildi. Bundan başqa qəsəbədə yerləşən, rəhbərləri lider xanım olan müəsisələrə ekskursiyalar təşkil olunaraq, müəsisə rəhbəri xanımlarla şagirdlərin görüşü keçirildi. Görüşlər zamanı onlar öz həyat və təcrübələrini, liderliyə aparan yolda uğurlarını şagirdlərlə bölüşüblər. Layihənin məqsədi liderlik xüsusiyyətinə malik olan qızların bu potensiallarını üzə çıxarmaq, gələcəkdə ixtisas seçimində, hər hansı peşəyə yiyələnməkdə onlara dəstək olmaqdır.
Tədbirin yekununda “Lider qızların idarəçilik məktəbi” layihəsində iştirak edən şagirdlərə sertifikatlar və hədiyyələr təqdim edilib.

16251850_1976312462603799_1329655598484754419_o 16251935_1976312625937116_7454059443377026735_o 16300467_1976313449270367_5872732866688264614_o 16402491_1976312459270466_8456392656310929417_o 16251930_1976313505937028_3361684734287676047_o