Home » Bələdiyyə xəbərləri » Latviyalı qonaqlar Binəqədidə

Latviyalı qonaqlar Binəqədidə

Ölkəmizdəki sosial-iqtisadi inkişafla tanışlıq və yerli icra və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi aparmaq məqsədilə 03-07 aprel 2017-ci il tarixlərdə Azərbaycanda səfərdə olan Latviyanın Rezekne diyarından olan nümayəndə heyətinin – diyar merinin müavini Elvira Rizanenin, icraçı direktoru Yanis Troşkanın və informasiya şöbəsinin müdiri Madara Bertinanın və Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs 06 aprel 2017 ci il tarixdə Binəqədi rayonuna səfər etmişdilər. Nümayəndə heyyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının katibi Tofiq Həsənov da iştirak etmişdir.
Səfər çərçivəsində qonaqlar ilk öncə Biləcəri bələdiyyəsində olmuş və Binəqədi rayonunun nümayəndə heyyəti ilə görüş, fikir mübadiləsi aparılmışdırlar.
Daha sonra qonaqlar rayonda yerləşən Heydər Məscidini ziyarət etdikdən sonra Heydər Əliyev adına istirahət və mədəniyyət parkında və Yeni Azərbaycan Partiyasıının Binəqədi Rayon Təşkilatında olmuşdular.
16 5 4 13 12 7 6 17 18 28 14
1