M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihənin davamı olaraq, növbəti istedadlı qəsəbə gəncimiz olan Həşimov Həşim Emil oğlunun evində görüş keçirildi. Görüşdə bələdiyyə sədri Hümbət Hüseynov, 143 saylı məktəbin direktoru Elmar Həşimov və bələdiyyə üzvləri iştirak etdi.
Hümbət Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətində gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlərdən danışdı. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. İstedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması bu siyasətin tərkib hissəsidir.
Görüşdən məmnunluğunu ifadə edən ailə başçısı gənclərə göstərilən diqqətə görə öz təşəkkürünü bildirdi. İstedadlı gəncin ifasında əsərlər dinlənildi.
Qeyd edək ki, Həşimov Həşim Emil oğlu 2012-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibəti ilə “Azərbaycan Səninlədir, Sənsiz Deyil” adlı yaradıcılıq müsabiqəsinin piano nominasiyası üzrə birinci yer, 2012-ci ildə Gənc Pianoçuların 2-ci Respublika müsabiqəsində 3-cü dərəcəli diplomla, 2013-cu ildə Ümumilli Lider Heydər Əliyevin 90 illik yubleyi münasibətilə rayon ümumtəhsil məktəblərinin “Azərbaycan Səninlədir, Sənsiz deyil” 3-cü yaradıcılıq müsabiqəsinin laureatı olmuş, diplomla təltif edilmiş, 2014-cü ilin mayında Türkiyənin İstanbul şəhərində “Uluslararası IX Pera Piano Festivalı” Piano yarışmasında 1-ci yerə layiq görülüb, 2014-cü ildə Moskva şəhərində Vladimir Spivakov Fondu adına “Moskva dostlarını qarşılayır” adlı XI Beynəlxalq Festivalda Tərifnamə və medalla təltif olunub, 2015-ci ilin fevralında Serbiyanın Belqrad şəhərində Davorin Jenko adına keçirilən Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülmüş, Diplom ve medalla təltif olunub, 2015-ci ildə mart- aprel aylarında Almaniyanın Muhlaxer şəhərində keçirilən Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülüb, diplomla təltif olunub, 2015-ci il iyunun 1-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın Gələcəyi mükafatına layiq görülərək diplomla təltif olunub, Gənc istedadlar mərkəzinin üzvüdür.
Home » Bələdiyyə xəbərləri » “İstedadlı gənclərlə görüşlər keçirilir “



