Home » Bələdiyyə xəbərləri » İdarəçilik Akademiyasında bələdiyyələr maarifləndirilir

İdarəçilik Akademiyasında bələdiyyələr maarifləndirilir

telim

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun ilk buraxılışının dərslərinə start verilib.

Qrupun ilk dərsində iştirakçıları salamlayan akademiyanın prorektoru Əlikram Abdullayev bələdiyyə üzvlərinin maarifləndirilməsində  bu kimi kurslarının önəmli rolu olduğunu dilə gətirərək gələcəkdə də akademiyanın bu istiqamətdə öz töhvəsini verəcəyinin  bildirib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi Mehdi Səlimzadə “Bələdiyyələrin inkişaf strategiyasının  hazırlnması və reallaşdırlımasında sosial tərəfdaşlıq sisteminin rolu və əhəmiyyəti” mövzusunda mühazirə oxuyub.

Məruzəsində M.Səlimzadə dövlətin bələdiyyələrin inkişafına ciddi şəkildə diqqət yetirdiyini dilə gətirərək, qəbul edilən hüquqi sənədlərin hər  birinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, istər şəffaflığın təmin edilməsində, istərsə də maliyyə gəlirlərinin artırılmasında  cənab prezident tərəfindən qəbul edilən sənədlərdən bu gün bələdiyyələr kifayət qədər yaralana bilirlər.

Bununla yanaşı etiraf edilməldir ki, bələdiyyə sisteminin bir sıra problemləri var və bu problemlərin həllində bələdiyyə sədrləri fəal olmalı  və hər bir poriblemin ictimaləşdirilməsinə, o cümlədən fəaliyyətin təbliğinə ciddi diqqət yetirməlidirlər.

Sonda M.Səlimzadə bələdiyyə sədrlərinin maraqlandıran sualları cavablandırıb.

Qeyd edək kursda Tərtər, Goranboy, Tovuz, Yevlax, Siyəzən və Şabran rayonlarından olan 30 bələdiyyə  sədri iştirak edir.  Kurs 16 oktyabr yekunlaşacaq və müdavimlərə sertifikatlar veriləcəkdir.

Belediyye.info