Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə 10.12.2016-cı il tarixdən 10.01.2017-ci il tarixədək müsabiqə elan edir.
– ictimaiyyətlə əlaqələr və informasiya texnologiyaları üzrə mütəxəssis – 1 yer
Müsabiqədə iştirak etmək arzusunda olanlar Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin inzibati binasında fəaliyyət göstərən Bələdiyyə qulluğuna qəbul komissiyasına müraciət edə bilərlər. Sənədlər komissiya üzvü Soltanova Xanım Rafiq qızı tərəfindən qəbul edilir.
Ünvan: M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi, 5
