Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə 19.09.2016-cı il tarixdən 19.10.2016-cı il tarixədək müsabiqə elan edir.
– sədr köməkçisi – 1 yer
Müsabiqədə iştirak etmək arzusunda olanlar Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin inzibati binasında fəaliyyət göstərən Bələdiyyə qulluğuna qəbul komissiyasına müraciət edə bilərlər. Sənədlər komissiya üzvü Soltanova Xanım Rafiq qızı tərəfindən qəbul edilir.
Ünvan: M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi, 5
