Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirlər davam edir. 25 noyabr 2016-cı il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş keçirildi. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun müdiri Günel Vahabzadə, “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və 100 saylı məktəbin XI sinif şagirdləri iştirak etmişdir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər, Hepatit B, Hepatit C, İİV/QİÇS, Vərəm xəstəliklərinin əlamətləri, onlara yoluxma və onlardan qorunma yolları barədə ətarflı məlumat verildi.
Home » Bələdiyyə xəbərləri » “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər”


