Home » Bələdiyyə xəbərləri » Hesabatlar (Page 2)
Category Archives: Hesabatlar
“Son zəng” tədbiri keçirilmişdir
14 İyun tarixində 2017-2018-ci tədris ilinin başa çatması münasibəti ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən məktəblərdə. Qəsəbənin 143 saylı tam orta məktəbində keçirilən tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və 100 saylı tam orta məktəbdəki tədbirdə sədr müavini Ayət Nağıyev iştirak edib. Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edilib.
Ramazan bayramı münasibətilə bayram sovqatları paylanılmışdır.
14 iyun 2018-ci il tarixində Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yaşayan Qarabağ əlilləri, qaçqın, məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır.
M.Ə.Rəsulzadə bələdiyyəsi hər zaman sakinlərini diqqətdə saxlayır
Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. Qəsəbənin yaşlı, tənha, imkansız və s. bütün təbəqədən olan sakinlərinin yanında olduğumuzu hər zaman hiss etdirməyə çalışırıq. Evlərinə baş çəkib, onlarla yaxından tanış olub, səmimi söhbət aparmağa çalışırıq.
“Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib. Layihənin “Təbiət və səmərəli texnologiya” mövzusunda ilk seminarı qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilib. Keçirilən seminarda M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Düşünən İnsan” jurnalının redaksiya […]
Rumıniyanın Kovasna şəhərində “Yerli və regional hakimiyyətlər tərəfindən dillərin istifadəsi”nə həsr olunmuş konfrans keçirilib
May ayının 30-dan 31-dək Rumıniyanın Kovasna şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin təşkilatçılığı ilə konfrans keçirilir. Bu barədə tədbirdə iştirak edən Azərbaycanın Yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. Hümbət Hüseynov bildirib ki, Yerli və regional […]
143 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
24 may 2018-ci il tarixdə 143 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə, 143 saylı tam orta məktəbin direktoru Elmar Həşimov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, məktəblilər və müəllim kollektivi iştirak edib. İştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, məktəbin şagirdlərinin ifasında mahnı və şerlərdən ibarət kompozisiyalar səsləndirilib. […]
Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Abdulla-zadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində yerləşən 100, 99, 143 saylı tam orta məktəblərin şagirdləri iştirak edib.Muzey bələdçisi şagirdlərə ətraflı məlumat verərək, […]
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
16 may 2018-ci il tarixdə Xırdalan şəhərinin Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş […]
Binəqədi rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RİH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub
Binəqədi rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RİH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub. Ekskursiyada Həmidə Əşrəfova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə, 99, 100, 103 nömrəli tam orta məktəblərin şagirdləri və ASAN könüllüləri iştirak ediblər. Muzey 4 bölmədən: […]
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb.
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb. Beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb. “Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi […]