Home » Son görülən işlər (Page 14)
Category Archives: Son görülən işlər
M.Ə.Rəsulzadə Bələdiyyəsi məktəblilər üçün Dövlət Bayrağı Meydanına ekskursiya təşkil etmişdir
9 noyabr Dövlət Bayrağı Günü münasibətilə 05 noyabr 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Meydanına ekskursiya təşkil edilmişdir. Ekskursiyada M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya […]
Prezidentdən bələdiyyə torpaqları ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 30 oktyabr 2015-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1327-IVQD nömrəli […]
“Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 324 22 Oktyabr 2015 № 324 Bakı şəhəri, 13 oktyabr 2015-ci il “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 aprel tarixli 500 nömrəli fərmanının […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirib
M.Ə.Rəsulzadə bələdiyyəsi 2015-ci ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirib. Həftə ilə əlaqədar bələdiyyədə “Açıq qapı” günləri təşkil olunmuşdur, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə “qaynar telefon xətti” (Tel: 012 412 28 74) təşkil olunub. Açıq qapı günlərində M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, sədr müavinləri, həmçinin bələdiyyənin şöbə […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi Dövlət Müstəqilliyi günü ilə əlaqədar məktəblilər üçün “Şəhər turu” təşkil etdi
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar 15 oktyabr 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdləri üçün Bakı şəhərinin mədəni irsinin təbliğ olunması məqsədilə “Şəhər turu” təşkil olunmuşdur. “Şəhər turu”nda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial […]
İdarəçilik Akademiyasında bələdiyyələr maarifləndirilir
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun ilk buraxılışının dərslərinə start verilib. Qrupun ilk dərsində iştirakçıları salamlayan akademiyanın prorektoru Əlikram Abdullayev bələdiyyə üzvlərinin maarifləndirilməsində bu kimi kurslarının önəmli rolu olduğunu dilə gətirərək gələcəkdə də akademiyanın bu istiqamətdə öz töhvəsini […]
Hümbət Hüseynov: “İqtisadi potensialın gücləndirilməsi üçün bələdiyyə mülkiyyətinə və maliyyə imkanlarına mühüm önəm verilməlidir”
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Xalq” qəzetinə müsahibə verib. Hümbət Hüseynov söhbətə bələdiyyələrin seçicilərlə münasibətlərin necə qurulmasından, bu istiqamətdə görülən işlərdən başladı. O dedi: – Bələdiyyələr seçkili orqan olaraq, ildə iki dəfə seçicilər qarşısında hesabat verir, sakinləri görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyət planlarını açıqlayırlar. Mətbuatın, kütləvi […]
Azər Badamov: “Bələdiyyələrin cəmiyyətdə rolunu artırmaq üçün bir sıra xidmət sahələrini onlara vermək lazımdır”
“Ölkə bələdiyyələrinin bu günki fəaliyyəti bir deputat olaraq məni qane etmir”- bu fikirləri Belediyye.info-ya açıqlamasında millət vəkili Azər Badamov bildirib. A.Badamovun fikrincə, bu gün əksər bələdiyyələr öz fəaliyyətini qanuna uyğun şəkildə qura bilmir. Bu, həm bələdiyyə üzvlərinin lazımı səviyyədə bələdiyyə qanunlarının mənimsəməməsi və bir çox bələdiyyələrin öz funksiyalarına aid olan məsələlərin həlli istiqamətdə iş sisteminin […]
Mehdi Səlimzadə: “Bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sürətləndirilməlidir”
“Bir çox bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi bu gün aktual məsələ kimi qalmaqdadır”- bu fikri Belediyye.info saytına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. Onun sözlərinə görə, bələdiyyələrin əsas gəlir mənbəyi torpaq vergisindən və torpaqların özəlləşdirilməsindən əldə olunan vəsaitlərdir. On beş il ərzində bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq […]
Qadın bələdiyyə üzvləri regional seminarda iştirak edib
15-16 sentyabr 2015-ci il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Tiflis şəhərində qadın bələdiyyə üzvləri üçün “Yerli özünüidarəetmədə layihələrin idarəedilməsi” mövzusunda regional seminar keçirilmişdir. Seminarda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Yerli özünüidarəetmə layihəsinin rəhbəri Petra Stremplant, Avropanın Siyasət və Biznes Qadınları Universitetinin baş məsləhətçisi Manuella Möller qadınların cəmiyyətdə və siyasətdə iştirakçılığından danışmış, seminarın […]