Home » Bələdiyyə xəbərləri » Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nə start verildi

Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nə start verildi

1

2016-cı il oktyabrın 31- də Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nə start verildi. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon bələdiyyələrinin sədrləri və üzvləri ilə birlikdə bələdiyyələrdə “açıq qapı” günlərinin elan edilməsi, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədi ilə “ qaynar xətt” telefon nömrələrinin elan edilməsi, bələdiyyələrin inzibati binasının qarşısında və əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları”nın quraşdırılması, bələdiyyənin inzibati ərazisində və yerləşdikləri binalarda “İnsan hüquqlarının təmin olunması bələdiyyənin şəffaf fəaliyyətini daha da şərtləndirir”, “Yerli Demokratiya Həftəsində fəal iştirak edək” , “Bələdiyyə-vətəndaş , vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” , “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantların asılması məsələləri müzakirə edildi.

Binəqədi rayon bələdiyyələri 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-nə qədər çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayıb; hörmət, dialoq, qarşılıqlı əlaqə adı altında keçiriləcək “Yerli Demokratiya Həftəsi”nin tədbirlər planını təsdiq etdilər.

“Yerli Demokratiya Həftəsi” çərçivəsində hər birinizi aktiv olmağa, bələdiyyələrin fəaliyyətinin təşkilində iştirak etməyə dəvət edirik.

Təklif, şikayət, problemləriniz və suallarınızla bağlı müraciət edə və qaynar xətt vasitəsi ilə bizimlə operativ əlaqə saxlaya bilərsiniz.

Binəqədi bələdiyyəsi:

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 184; Tel: 012-562-85-16

M.Ə.Rəsulzadə bələdiyyəsi:

Bakı şəhəri, Binəqədi rayonu, H.Ağamalıyev küçəsi 5; Tel: 012-412-28-74

Biləcəri bələdiyyəsi:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı 37A; Tel: 012-401-37-64

Binəqədi qəsəbə bələdiyyəsi:

Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi 1; Tel: 012-411-21-80

Xocəsən bələdiyyəsi:

Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi,

7-ci döngə, 100; Tel: 012-346-04-02

14902953_1931811773720535_168921148630766236_o 14902945_1931811930387186_3621894383147464941_o 14859783_1931811570387222_1039482750209640102_o 14856203_1931811770387202_101169928442781645_o 14917257_1931812167053829_6051688899189645258_o