Home » Bələdiyyə xəbərləri » Binəqədi rayonu üzrə Vergi olimpiadası layihəsi çərçivəsində M.Ə.Rəsulzadə bələdiyyəsi İctimai-humanitar sektorunun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən 5 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.

Binəqədi rayonu üzrə Vergi olimpiadası layihəsi çərçivəsində M.Ə.Rəsulzadə bələdiyyəsi İctimai-humanitar sektorunun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən 5 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.

1Binəqədi rayonu üzrə Vergi olimpiadası layihəsi çərçivəsində M.Ə.Rəsulzadə bələdiyyəsi İctimai-humanitar sektorunun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən 5 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.
08.06.2017 – ci il tarixdə qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilən müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Müsabiqədə birinci yerə 100 saylı məktəbin 5 b sinif şagirdi Fətəliyeva Mənsurə Eldar qızı, 30 saylı məktəbin 6 b sinif şagirdi Gözəlov Qoca Rasim oğlu, 115 saylı məktəbin 9 d sinif şagirdi Məhcanova Jalə Faiq qızı birinci yerə və 115 saylı məktəbin 7d sinif şagirdi Nuriyeva Nəzirə Rövşən qızı, 115 saylı məktəbin 5a sinif şagirdi Zeynallı Rəvan Cavid oğlu, 115 saylı məktəbin 9 a sinif şagirdi Qəfərli Aqşin Habil oğlu ikinci yerə, 99 saylı məktəbin 3cü sinif şagirdi İmanlı Aysu, 30 saylı məktəbin 7a sinif şagirdi Zeynalova Nəzrin Habil qızı, 30 saylı məktəbin 9b sinif şagirdi Xudaverdi Şəms Elbrus qızı üçüncü yerə layiq görüldülər.
Qeyd edək ki, ümumilikdə 5 məktəb arasında (99, 100, 115, 30,143 ) yarış keçirildi. Qaliblərə diplom və hədiyyələr, iştiraklarına görə isə həvəsləndirici sertifikat və hədiyyələri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova təqdim etdilər. Qaliblərə olimpiadanın rayon mərhələsində uğurlar diləyirik!6 10 - копия 8 - копия 17 - копия 24 20 19 - копия 2 1