Home » Bələdiyyə xəbərləri » Binəqədi Rayon Bələdiyyələr Şurası layihələri müzakirə etdi

Binəqədi Rayon Bələdiyyələr Şurası layihələri müzakirə etdi

1

17 iyun 2016-cı il tarixdə Binəqədi Rayon Bələdiyyələr Şurasının toplantısı keçirilib. Toplantıda Binəqədi Rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov iştirak edib. Bələdiyyə sədrləri Binəqədi Rayon Bələdiyyələr Şurasının tədbirlər planına uyğun olaraq, yay mövsümündə həyata keçiriləcək layihələri müzakirə ediblər.