M.Ə.Rəsulzadə bələdiyyəsində Beynəlxalaq Əlillər günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və qəsəbədə yaşayan sağlamlıq imkanları məhdud olan sakinlər iştirak edirdi.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov giriş nitqində Beynəlxalq Əlillər gününün ölkəmizdə rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunduğunu diqqətə çatdırdı. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirdi.
Tədbirdə iştirak edən sakinlərimiz sağlamlıq imkanları məhdud olan şəxslərə dövlətin qayğısı nəticəsində bu gün onların cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını söylədi.
Görüşün sonunda qəsəbədə yaşayan 40-a yaxın əlil vətəndaşa M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ərzaq yardımı verildi.


