Home » Bələdiyyə xəbərləri » Bayram ərəfəsində şəhidin ruhu yad edilib

Bayram ərəfəsində şəhidin ruhu yad edilib

2
İlaxır çərşənbələrindən olan Torpaq çərşənbəsində xalqımız Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ruhuna dualar oxuyaraq, ehtiramla yad edir, bu münasibətlə M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ictimai-humanitar sektorun təşkilatçılığı ilə şəhid Abdullayev Tahir Əvəz oğlunun M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hazırlanan xatirə lövhəsinin önündə yad etdik.
Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları iştirak edib.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycanda cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir, müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğıda bu qəbildəndir. Bu günkü gündə vətəndaşlarımızın, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır.
M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq şəhid ailələrini hər zaman diqqətdə saxlamağı özümüzə borc bilirik.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdi.
Abdullayev Tahir Əvəz oğlu 18 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olub.
1982-1990-cı illərdə 115 saylı orta məktəbdə təhsil alıb.
1990-cı ildə radio-texniki peşə məktəbində təhsilini davam etdirib.
Peşə məktəbindən sonra Bakı kompyuter liseyinə daxil olub. Birinci kursda könüllü olaraq hərbi xidmətə gedib, rabitəçi olub. 1994-cü ilin aprelin 24-də Ağdam rayonu Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb və Azərbaycan Respublikası Binəqədi rayonu Xalq Məhkəməsinin 2-368 saylı 15.05.1997-ci il tarixli qətnaməsi ilə Tahir Abdullayevə Şəhid statusu verilib.
18 6 4 3 1