Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsi edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib.
Hümbət Hüseynov bildirdi ki, sessiya öz işinə başlamazdan öncə ilk olaraq 27 mart tarixində Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak etmişlər. 32-ci sessiyanın birinci günündə, 28 mart tarixində Konqresin plenar iclası baş tutmuşdur. İclası Konqresin prezidenti Qudrun Mosler-Ternstrem açaraq gündəlik məsələləri səsləndirdi. Sessiyanın gündəliyində duran məsələlər – Konqresin 2018-2019-cu illərə dair büdcənin təsdiqi və resurların müəyyənləşdirilməsi ətrafında Fransa Respublikasının və Rusiya Federasiyasının nümayəndələri çıxış etmişlər. Daha sonra Avropa Şurasının baş katibi Turbyorn Yaqland bəyanatla çıxış etmiş və ona ünvanlanan suallara cavab vermişdir.
Bələdiyyə sədri sonda qeyd etdi ki, plenar iclasdan sonra Qaraçay-Çerkesiya Respublikası günlərinə həsr olunmuş tədbirlərə start verillib.


