“Ölkə bələdiyyələrinin bu günki fəaliyyəti bir deputat olaraq məni qane etmir”- bu fikirləri Belediyye.info-ya açıqlamasında millət vəkili Azər Badamov bildirib.
A.Badamovun fikrincə, bu gün əksər bələdiyyələr öz fəaliyyətini qanuna uyğun şəkildə qura bilmir. Bu, həm bələdiyyə üzvlərinin lazımı səviyyədə bələdiyyə qanunlarının mənimsəməməsi və bir çox bələdiyyələrin öz funksiyalarına aid olan məsələlərin həlli istiqamətdə iş sisteminin qurmamaması ilə əlaqədardır.
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və cəmiyyətdə rolu artırılmasına münasibət bidirən millət vəkili bildirib ki, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri, Bələdiyyələrlə İş Mərkəzinin və bələdiyyə assosiasiyalarının təmsilçiləri, bələdiyyə üzvləri zəngin tarixə malik olan ölkələrlə daim təcrübə mübadiləsi aparırlar: “ Bu gün Türkiyə və başqa ölkələrin bələdiyyə təcrübəsi tədqiq edilərək öyrənilmiş və Azərbaycan Bələdiyyə Qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra dəyişikliklər aparılmışdır. Demək olar ki, bələdiyyə qanunvericiliyindəki son dəyişikliklər bələdiyyələrin səmərəli fəaliyyətinə tam imkan verir.
Təbii ki, cəmiyyət inkişaf etdikcə qanunvericilikdə yeni təkmilləşdirmələrin aparılması zəruri edəcək və, bu istiqamətdə də işlər aparılacaqdır. Düşünürəm ki, bələdiyyələrin cəmiyyətdə rolunu artırmaq üçün bir sıra xidmət sahələrini onlara vermək lazımdır. Amma bununla yanaşı qeyd edim ki, bələdiyyələr mövcud imkanlardan da kifayət qədər istifadə edə bilmirlər.
Şəxsi maraqlarını kənara qoyaraq vergilərin vaxtında yığımını təşkil etməli, hüquqi şəxslər yaratmalı və qanunla icazə verilmiş müxtəlif üsullardan istifadə edərək öz maliyyə bazalarını möhkəmləndirməlidir.
Bu gün öz fəaliyyətini düzgün quran kifayət qədər bələdiyyələrimiz vardır. Həmin bələdiyyələr əhatə olunduğu ərazidə bir sıra işlər aparır, əhalinin aztəminatlı hissəsinə müəyyən yardımlar edir və cəmiyyətin rəğbətini qazanıblar.
