Bələdiyyə sədri Beynəlxalq konfransda iştirak edib
Avropa Şurası Yerli və Regional Hakimyyətlər Konqresinin Belçikanın Eypen şəhərində təşkil olunmuş “Uğurlu ərazi islahatı” adlı konfrans başa çatıb. Bu barədə tədbirdə iştirak edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib. Tədbirdə yerli və regional səviyyədə korrupsiyanın qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməsi kontekstində müzakirələr aparılıb. Konqresin İdarə Komitəsinin […]
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
Aprelin 28-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. İclasda Azərbaycan […]
“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib
25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Dövlət qurumlarının rəhbər şəxslərin, nüfuzlu qonaqların, eləcə də Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarusiya, Rumıniya, […]
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib
18 aprel 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib. Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri və qəsəbə […]
Bələdiyyədə görüş keçirildi
11 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar Binəqədi rayonu Rəsulzadə bələdiyyəsində olmuşlar. Bələdiyyənin əməkdaşları ilə […]
Latviyalı qonaqlar Binəqədidə
Ölkəmizdəki sosial-iqtisadi inkişafla tanışlıq və yerli icra və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi aparmaq məqsədilə 03-07 aprel 2017-ci il tarixlərdə Azərbaycanda səfərdə olan Latviyanın Rezekne diyarından olan nümayəndə heyətinin – diyar merinin müavini Elvira Rizanenin, icraçı direktoru Yanis Troşkanın və informasiya şöbəsinin müdiri Madara Bertinanın və Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri […]
Bələdiyyədə görüş keçirilib
5 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər […]
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası başa çatıb
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası başa çatıb. Martın 27-dən 31-dək baş tutan sessiyada Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak […]
Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 32-ci sessiyasında iştirak edib
Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsi edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət […]
Bayram ərəfəsində şəhidin ruhu yad edilib
İlaxır çərşənbələrindən olan Torpaq çərşənbəsində xalqımız Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ruhuna dualar oxuyaraq, ehtiramla yad edir, bu münasibətlə M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ictimai-humanitar sektorun təşkilatçılığı ilə şəhid Abdullayev Tahir Əvəz oğlunun M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hazırlanan xatirə lövhəsinin önündə yad etdik. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və bələdiyyə […]