ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirildi
04 avqust tarixində ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirildi. Keçirilən görüşdə Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, “İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak etdilər. […]
“Sosial yardım” proqramı çərçivəsində Binəqədi rayonunda təmsil olunan beş bələdiyyənin rəhbərliyi və Azərbaycan uşaq fondu Binəqədi şöbəsinin rəhbəri ilə M.Ə.Rəsulzadə bələdiyyəsində görüş keçirilib
“Sosial yardım” proqramı çərçivəsində Binəqədi rayonunda təmsil olunan beş bələdiyyənin rəhbərliyi və Azərbaycan uşaq fondu Binəqədi şöbəsinin rəhbəri ilə M.Ə.Rəsulzadə bələdiyyəsində görüş keçirilib. Görüşdə Azərbaycan uşaq fondu Binəqədi şöbəsinin rəhbəri Rəhimova Esmiralda əlil, kimsəsiz, internat, valideyn himayəsindən məhrum, xəstə, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlar barədə ətraflı məlumat verib. Bələdiyyə sədrləri müzakirələr zamanı bildiriblər […]
Gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edildi
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların, Yeni Azərbaycan Partiyasının fəal gənclərinin və M.Ə.Rəsulzadə bələdiyyəsi gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edildi. Ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirdi ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, […]
“28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə “28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, […]
Binəqədi rayonunda 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirilmişdir.
Binəqədi rayonunda 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist […]
“Torpaq – əgər uğrunda ölən varsa Vətəndir” adlı aksiya keçirilib
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə ictimai-siyasi və təbliğat işinin təşkilinə dair tədbirlər planına uyğun olaraq “Torpaq – əgər uğrunda ölən varsa Vətəndir” adlı aksiya keçirilib. Keçirilən aksiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə gəncləri iştirak edib. Gənclər M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən şəhid abidələrini ziyarət edərək, onların ətrafını təmizləyib və şəhid abidələrinin qarşısına güllər düzüb. […]
Müqəddəs Ramazan bayramı münasibətilə qəsəbə sakinləri üçün bayram sovqatı paylanıb
24 iyun 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən Müqəddəs Ramazan bayamı münasibətilə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov , bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının iştirakı ilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər, ahıl və kimsəsizlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlilləri və sağlamlıq imkanları məhdud olan sakinlər evlərində ziyarət edilərək, bayram sovqatı […]
17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur
17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və YAP Binəqədi rayon təşkilatının təlimatçısı Zamin Süleymanov qəsəbə ərazisində yerləşən 20 saylı uşaq poliklnikasının baş həkimi Xuraman Hüseynovanı və həkim kollektivini təbrik edib.
M.Ə.Rəsulzadə bələdiyyəsi iftar süfrəsi təşkil edib
14 iyun 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında qəsəbə sakinləri üçün iftar süfrəsi verilib. İftar süfrəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi rayon təşkilatının təlimatçıları Rahil Şükürov, Natiq İsmayılov, qəsəbə ərazisində yaşayan aztəminatlı […]
M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən məktəblər bu gün “son zəng”i qeyd edir
Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən məktəblərdə bu gün “son zəng”i qeyd edir. Qəsəbə ərazisində yerləşən 100 saylı və 143 saylı tam orta məktəblərdə keçirilən tədbirlərdə bələdiyyə üzvləri iştirak edib. Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilən “Son zəng” […]