“Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib
31 oktyabr 2018-ci il tarixdə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Gender bərabərliyi üzrə komissiyası tərəfindən “Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının konfrans zalında keçirilən tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri […]
“Bələdiyyə institutunda gender bərabərliyinin qorunması: problemlər və perspektivlər”
Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”. Qadın ülviyyətindən, qadın zərifliyindən, qadın sədaqətindən danışdıqda gözümüzün önünə, hər şeydən əvvəl, Anaları gətiririk. Bizim ünvanımız isə Azərbaycan anasıdır, […]
M.Ə.Rəsulzadə Bələdiyyəsində Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirlərinin iştirakı ilə iclas keçirilib, tədbirlər Planı müzakirə edilib
M.Ə.Rəsulzadə Bələdiyyəsində Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirlərinin iştirakı ilə iclas keçirilib, tədbirlər Planı müzakirə edilib. İclasda bələdiyyədə Yerli Demokratiya Həftəsi ərzində (15-21 oktyabr 2018-ci il tarixlərində) “Açıq qapı” günləri elan olunub, “qaynar xətt” (012-412-28-74) açılıb. Bələdiyyə tərəfindən ərazidə oktyabr ayının 21-dək seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, […]
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bələdiyyənin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir. Binəqədi rayonunda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan […]
“Son zəng” tədbiri keçirilmişdir
14 İyun tarixində 2017-2018-ci tədris ilinin başa çatması münasibəti ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən məktəblərdə. Qəsəbənin 143 saylı tam orta məktəbində keçirilən tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və 100 saylı tam orta məktəbdəki tədbirdə sədr müavini Ayət Nağıyev iştirak edib. Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edilib.
Ramazan bayramı münasibətilə bayram sovqatları paylanılmışdır.
14 iyun 2018-ci il tarixində Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yaşayan Qarabağ əlilləri, qaçqın, məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır.
M.Ə.Rəsulzadə bələdiyyəsi hər zaman sakinlərini diqqətdə saxlayır
Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. Qəsəbənin yaşlı, tənha, imkansız və s. bütün təbəqədən olan sakinlərinin yanında olduğumuzu hər zaman hiss etdirməyə çalışırıq. Evlərinə baş çəkib, onlarla yaxından tanış olub, səmimi söhbət aparmağa çalışırıq.
“Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib. Layihənin “Təbiət və səmərəli texnologiya” mövzusunda ilk seminarı qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilib. Keçirilən seminarda M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Düşünən İnsan” jurnalının redaksiya […]
Rumıniyanın Kovasna şəhərində “Yerli və regional hakimiyyətlər tərəfindən dillərin istifadəsi”nə həsr olunmuş konfrans keçirilib
May ayının 30-dan 31-dək Rumıniyanın Kovasna şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin təşkilatçılığı ilə konfrans keçirilir. Bu barədə tədbirdə iştirak edən Azərbaycanın Yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. Hümbət Hüseynov bildirib ki, Yerli və regional […]
143 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
24 may 2018-ci il tarixdə 143 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə, 143 saylı tam orta məktəbin direktoru Elmar Həşimov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, məktəblilər və müəllim kollektivi iştirak edib. İştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, məktəbin şagirdlərinin ifasında mahnı və şerlərdən ibarət kompozisiyalar səsləndirilib. […]