Home » Articles posted by admin (Page 17)

Author Archives: admin

Rəsulzadə qəsəbəsində gənc nəslin nümayəndələri ilə “Erkən nikah problemi və onun fəsadları” mövzusunda seminar keçirildi

   22 aprel 2015-ci il tarixdə 100 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və onun fəsadları” mövzusunda seminar keçirilmişdir. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi […]

Continue Reading →

Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosasiyasının birgə dəstəyi ilə təqdimat oldu

Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan və türk dünyasının tarixinə aid maraqlı faktlardan ibarət “Türk dünyası” adlı kitabın təqdimatı olub. Tədbir Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosasiyasının birgə dəstəyi ilə reallaşdırılıb. Mərasim iştirakçıları Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi […]

Continue Reading →

M.Ə.Rəsulzadə Bələdiyyəsi məktəblilərin istehsal müəssisəsinə ekskursiyasını təşkil edib

15 aprel 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə seçiminin istiqamətləndirilməsi, həmçinin  istehsal sahələri və istehsal prosesi ilə tanışlığı məqsədilə qəsəbənin ərazisində yerləşən 115 saylı tam orta məktəbin şagirdlərinin “Bəhrə” Biskvit fabrikinə ekskursiyasını təşkil etmişdir. Ekskursiya zamanı “Bəhrə” Biskvit Fabrikinin əməkdaşları ekskursiya iştirakçılarına məhsulların hazırlanma texnologiyası, qida təhlükəsizliyi barədə ətraflı […]

Continue Reading →

M.Ə.Rəsulzadə Bələdiyyəsində “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda təlimlərə start verildi

  M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda təlimlərin keçirilməsinə başlanılmışdır. İlk təlim  14 aprel 2015-ci il tarixdə keçirilmişdir. Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən yaxın […]

Continue Reading →

Prezident İlham Əliyev “Bələdiyyə qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi barədə Fərman imzaladı

  Prezident İlham Əliyev “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb. Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 5-1 – 5-3-cü maddələr əlavə edilir: “Maddə 5-1. Bələdiyyə qulluğuna qəbul Bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar […]

Continue Reading →

Artur Rasizadə bələdiyyələrlə bağlı qərar verdi

Baş nazir Artur Rasizadə “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında” qərar verib. Nazirlər Kabinetindən verilən məlumata görə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə […]

Continue Reading →

E5P seminarında AYİB rəhbəri Binəqədi rayonu ilə əməkdaşlıqdan bəhs etdi

    “Azərbaycanda alternativ enerjinin inkişafı ölkənin ixrac potensialını artırmağa imkan verəcək”. Bunu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) direktor müavini Cəmil Məlikov “E5P layihəsi çərçivəsində Azərbaycandakı enerji səmərəliliyi və bərpa olunan enerji üçün imkanlar” adlı seminarda bildirib. Onun sözlərinə görə, Azərbaycan alternativ enerjinin inkişafı və enerjinin səmərəli istehsal olunması […]

Continue Reading →

Binəqədi rayonunda Milli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirildi

01 aprel 2015-ci il tarixdə Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilmişdir. Binəqədi rayon Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Milli Qəhrəmanın ailə […]

Continue Reading →

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Rəsulzadə qəsəbə bələdiyyəsinin üzvləri ilə görüşdü

   Martın 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 23 dekabr 2014-cü il tarixində keçirilən Bələdiyyə seçkilərindən sonra Rəsulzadə qəsəbə bələdiyyəsinin yeni formalaşan tərkibi ilə görüşdü.    Davamlı xarakter daşıyacaq belə görüşlərdə əsas məqsəd bələdiyyə üzvləri ilə tanışlıq, onların gələcək fəaliyyət istiqamətlərilə bağlı tövsiyyələrin verilməsidir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov […]

Continue Reading →

Bələdiyyə qulluqçularının etik davranış qaydalarına dəyişiklik edilib

  Dünən “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilib. İclasda çıxış edən komitə sədri Arif Rəhimzadə bir müddət əvvəl Azərbaycanda bir çox kateqoriyalara malik olan işçilərin hər biri ilə bağlı qanunun qəbul edilməsinə dair təkliflərin səsləndirildiyini bildirib: “Artıq dövlət qulluqçularının etik-davranış qaydaları ilə bağlı […]

Continue Reading →