İdarəçilik Akademiyasında bələdiyyələr maarifləndirilir
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun ilk buraxılışının dərslərinə start verilib. Qrupun ilk dərsində iştirakçıları salamlayan akademiyanın prorektoru Əlikram Abdullayev bələdiyyə üzvlərinin maarifləndirilməsində bu kimi kurslarının önəmli rolu olduğunu dilə gətirərək gələcəkdə də akademiyanın bu istiqamətdə öz töhvəsini […]
Hümbət Hüseynov: “İqtisadi potensialın gücləndirilməsi üçün bələdiyyə mülkiyyətinə və maliyyə imkanlarına mühüm önəm verilməlidir”
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Xalq” qəzetinə müsahibə verib. Hümbət Hüseynov söhbətə bələdiyyələrin seçicilərlə münasibətlərin necə qurulmasından, bu istiqamətdə görülən işlərdən başladı. O dedi: – Bələdiyyələr seçkili orqan olaraq, ildə iki dəfə seçicilər qarşısında hesabat verir, sakinləri görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyət planlarını açıqlayırlar. Mətbuatın, kütləvi […]
Azər Badamov: “Bələdiyyələrin cəmiyyətdə rolunu artırmaq üçün bir sıra xidmət sahələrini onlara vermək lazımdır”
“Ölkə bələdiyyələrinin bu günki fəaliyyəti bir deputat olaraq məni qane etmir”- bu fikirləri Belediyye.info-ya açıqlamasında millət vəkili Azər Badamov bildirib. A.Badamovun fikrincə, bu gün əksər bələdiyyələr öz fəaliyyətini qanuna uyğun şəkildə qura bilmir. Bu, həm bələdiyyə üzvlərinin lazımı səviyyədə bələdiyyə qanunlarının mənimsəməməsi və bir çox bələdiyyələrin öz funksiyalarına aid olan məsələlərin həlli istiqamətdə iş sisteminin […]
Mehdi Səlimzadə: “Bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sürətləndirilməlidir”
“Bir çox bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi bu gün aktual məsələ kimi qalmaqdadır”- bu fikri Belediyye.info saytına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. Onun sözlərinə görə, bələdiyyələrin əsas gəlir mənbəyi torpaq vergisindən və torpaqların özəlləşdirilməsindən əldə olunan vəsaitlərdir. On beş il ərzində bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq […]
Qadın bələdiyyə üzvləri regional seminarda iştirak edib
15-16 sentyabr 2015-ci il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Tiflis şəhərində qadın bələdiyyə üzvləri üçün “Yerli özünüidarəetmədə layihələrin idarəedilməsi” mövzusunda regional seminar keçirilmişdir. Seminarda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Yerli özünüidarəetmə layihəsinin rəhbəri Petra Stremplant, Avropanın Siyasət və Biznes Qadınları Universitetinin baş məsləhətçisi Manuella Möller qadınların cəmiyyətdə və siyasətdə iştirakçılığından danışmış, seminarın […]
Şamaxıda bələdiyyə işçilərinə təlim keçirilib
Şamaxıda Binəqədi, Sumqayıt və Şəmkir rayonlarının bələdiyə işçilərinin iştrakı ilə təlimlər keçirilib. Təlim Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris mərkəzində baş tutub və 30-a yaxın bələdiyyə işçisinə şamil olunub. Onlara vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki dərslər keçilib. Konfransda bələdiyyələrin fəaliyyətinin müasirləşdirilməsinə, xüsusilə də vergi və rüsumların toplanması işinin təkmilləşdirilməsi […]
YAP Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi. Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Rəsulzadə qəsəbə […]
Mehdi Səlimzadə: “Torpaq sənədlərinin alqı-satqıya hazırlanmasının bir pəncərə sisteminə keçirilməsi zəruridir”
Bu gün Azərbaycan bələdiyyə sisteminin əsas məqsədlərindən biri ölkəmizdə yenidən formalaşan torpaq münasibətlərində, onun tənzimlənməsi prosesində yaxından iştirak etmək və bu istiqamətdə vətəndaşların qarşılaşdığı problemlərin aradan qaldırılmasına çalışmaqdır. Bütün proseslərin dövlət siyasətinə uyğunlaşdırılması kimi əsas məsuliyyət yükünü çiyinlərdə daşıyan bələdiyyələr onlara göstərilən etimadı doğrultmalıdırlar. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə […]
M.Ə.Rəsulzadə qəsəbəsində yeni piyada keçidi sakinlərin istifadəsinə verildi
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən bəzi küçə və prospektlərdə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada […]
Binəqədi bələdiyyələri ilk dəfə mətbuat qarşısında hesabat verdilər
23 iyul 2015-ci il tarixdə Binəqədi rayonu bələdiyyələri tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə “Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlılıq” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin […]