M.Ə.Rəsulzadə Bələdiyyəsi şəhid ailələrinin evini ziyarət etdi
05 iyul 2016-cı il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi Ramazan ayı ilə əlaqədar qəsəbə sakinlərini sevindirmişdir. Bələdiyyə tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında ehtiyacı olanları, qaçqın və məcburi köçkünləri, imkansız şəxsləri, ahıl və kimsəsizləri, şəhid ailələrini, Qarabağ müharibəsi iştirakçılarını və əlillərini əhatə edən “Paylaşmaq gözəldir” adlı aksiya həyata keçirilmişdir. Bələdiyyə sədri Hümbət Hüseynov, eləcə […]
Bələdiyyə qəsəbə sakinləri üçün iftar süfrəsi təşkil etdi
Ramazan ayı dinimizdə ən fəzilətli və müqəddəs bir aydır, ona görə də Ramazan ayına on bir ayın sultanı deyilmişdir. Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Mərhəmət və şəfqət ayı olan Ramazanda kimsəsizlərə, ehtiyacı olanlara, qaçqın və köçkünlərə yardımçı olmaq, kasıb insanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək […]
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı bələdiyyə qulluqçuları ilə görüş keçirdi
1 iyul 2016-cı il tarixdə Rəsulzadə bələdiyyəsinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bələdiyyə qulluqçuları ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın şöbə müdirləri və məsul əməkdaşları, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak etmişdir. Rayon […]
Hümbət Hüseynov Avropa Şurasında yenə də təmsil olunacaq
29 iyun 2016-cı il tarixdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov və Assosasiyanın İdarə Heyətinin üzvləri iştirak edib. Assosasiyanın İdarə Heyətinin iclasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin […]
Bələdiyyələrin fəaliyyəti ilə bağlı növbəti Fərman
Prezident İlham Əliyev “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” […]
Bələdiyyə sədri 2 beynəlxalq tədbirdə
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iyun ayında Fransa və Finlandiya ölkələrində səfərdə olub, iki ayrı tədbirdə iştirak edib. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində İdarəetmə Komitəsinin üzvü Hümbət […]
Binəqədi Rayon Bələdiyyələr Şurası layihələri müzakirə etdi
17 iyun 2016-cı il tarixdə Binəqədi Rayon Bələdiyyələr Şurasının toplantısı keçirilib. Toplantıda Binəqədi Rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov iştirak edib. Bələdiyyə sədrləri Binəqədi Rayon […]
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində sakinlərin onkoloji müayinəsi həyata keçirilir
26 may 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Milli Məclisin üzvü Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin peşəkar həkimləri tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanasının həyətində əhalinin onkoloji müayinəsinə başlanılıb. […]
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi
Aprel ayının 28-də Bakı şəhəri Binəqədi qəsəbəsinin Mədəniyyət mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcəsi və təşkilati məsələ müzakirəsi olunmuşdur. Ümumi Yığıncağı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının […]
Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında iştirak edib
Martın 22-24-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyədə etika və şəffaflıq” mövzusuna həsr edilmiş növbəti 30-cu plenar sessiyası keçirilib. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət […]