“Həyata gülümsə” adlı layihəsi çərçivəsində tədbir keçirilib
19 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında yerləşən “Park Çinar” kafesində Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Günel […]
E L A N
Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə 19.09.2016-cı il tarixdən 19.10.2016-cı il tarixədək müsabiqə elan edir. – sədr köməkçisi – 1 yer Müsabiqədə iştirak etmək arzusunda olanlar Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin inzibati binasında fəaliyyət göstərən Bələdiyyə qulluğuna qəbul komissiyasına müraciət edə bilərlər. Sənədlər komissiya […]
Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları hədiyyə edilib
M.Ə.Rəsulzadə bələdiyyəsi yeni tədris ilinin başlanılması ilə əlaqədar rayonun aztəminatlı, qaçqın və şəhid ailələrdən olan məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə etmişdir. Təşkil olunan aksiyada çıxış edən bələdiyyə sədri tədbir iştirakçılarına yeni dərs ilinin başlanması ilə bağlı öz təbriklərini çatdıraraq onlara yeni tədris ilində uğurlar arzuladı. Tədbirin sonunda çıxış edən valideyinlər ölkəmizdə aztəminatlı, qaçqın […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi “Gənc istedadlarımızı tanıyaq” adlı yeni layihəyə start verdi
07 sentyabr 2016-cı il tarixində M.Ə.Rəsulzadə Bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi. Layihə çərçivəsində ilk olaraq qəsəbə sakini, gənc rəssam Həşimova Güllər Hidayət qızının evində görüş keçirildi. Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri gənc rəssamın əl işləri […]
M.Ə.Rəsulzadə Bələdiyyəsində “Yaradıcı əllər” layihəsinə yekun vuruldu
M.Ə.Rəsulzadə Bələdiyyəsi qəsəbənin uşaq və yeniyetmələri üçün təşkil edilən “Yaradıcı əllər” adlı master-classa 08 avqust 2016-cı il tarixdə yekun vurulub. Layihənin yekun təlimində M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, “Birgə Yaradaq” layihəsi çərçivəsində keçirilən bu layihə bələdiyyənin 2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilib. Məqsədimiz gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, […]
Bələdiyyə ilə icra hakimiyyəti arasında əməkdaşlığa dair seminar-müşavirə keçirildi
18 iyul tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar-müşavirə keçirilmişdir. Keçirilən seminar–müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai–siyasi və humanitar məsələlər, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, Binəqədi rayon İcra Hakimiyyətində […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi şəhid ailəsini ziyarət etdi
Azərbaycanın igid oğullarından biri Sahib Hüseynovun anadan olmasının 45, şəhidliyinin 22 illiyi ilə əlaqədar 14 iyul 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları şəhidin ailəsini ziyarət etdilər. Şəhidin xatirəsini yad edərək, Sahib Hüseynovun timsalında Azərbaycan ordusunun döyüşlərdə göstərdiyi sücaəti, qəhrəmanlığı […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi yeniyetmələr üçün master-class təşkil etdi
M.Ə.Rəsulzadə Bələdiyyəsi qəsəbənin yeniyetmə və gəncləri üçün master-class təşkil etdi. “Birgə Yaradaq” layihəsi çərçivəsində keçirilən “Yaradıcı əllər” adlı layihəyə 13 iyul 2016-cı il tarixdən start verildi. Layihənin açılış günündə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirdi ki, bu layihə bələdiyyənin 2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir. Məqsədimiz gənc nəslin peşə seçiminin […]
Bələdiyyə nümayəndələri üçün təlim keçirilmişdir
Vergilər nazirinin müvafiq əmri ilə respublika bələdiyyələrin nümayəndələri üçün 4-5 iyul 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilmişdir. BVİS proqram təminatının istifadəçilərinin bu proqram təminatından istifadə ilə bağlı biliklərinin artırılması və bu sahədə qarşılaşdıqları problemlərin […]
Ramazan Bayramı ilə əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanıldı
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Milli Məclisin deputatı Kamaləddin Qafarovun təşəbbüsü və dəstəyi ilə müqəddəs Ramazan Bayramı münasibətilə aztəminatlı seçicilərinə bayram sovqatı paylanıldı. Binəqədi rayon İcra Hakimiyyətinin, Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və millət vəkili Kamaləddin Qafarovun seçki qərargahının nümayəndələrinin iştirak etdiyi aksiyada Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 220 aztəminatlı ailəyə […]