01 oktyabr 2016-cı il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Ahıllar günü” ilə bağlı qəsəbə sakini Həsənov Teyyub Novruz oğlunun və Məmmədov Müti İbrahimxəlil oğlunun evində görüş keçirilmişdir.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak etmişdir.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirmişdir ki, “Beynəlxalq Ahıllar Günü” ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. İlham Əliyev Ulu öndərin bu siyasətini bu gündə davam etdirir.
Həsənov Teyyub Novruz oğlu göstərilən diqqətə və qayğıya görə öz təşəkkürünü bildirmişdir.
Bayramınız mübarək, əziz Ahıllar.

Home » Bələdiyyə xəbərləri » “Ahıllar günü” ilə bağlı tədbir keçirildi.