Home » Bələdiyyə xəbərləri » Binəqədi bələdiyyələri Gədəbəy və Şəmkir bələdiyyələri ilə protokol imzadı

Binəqədi bələdiyyələri Gədəbəy və Şəmkir bələdiyyələri ilə protokol imzadı

 

1

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayon bələdiyyələri Gədəbəy və Şəmkir rayonlarına səfər etmişlər.

Səfərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etmişlər.

Səfər çərçivəsində əvvəlcə Gədəbəy rayonun təşkil etdiyi kənd təsərrüfatı məhsullarının sərgisi ilə, Şəmkir rayonunda isə Binəqədi rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinin sərgisi ilə tanışlıq olmuşdur. Daha sonra Binəqədi və Gədəbəy, eləcə də Binəqədi və Şəmkir bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanmışdır. Niyyət protokoluna əsasən tərəflər bir çox sahələr üzrə əməkdaşlıq edəcək, xüsusilə də kənd təsərrüfatı və emal müəssisələri məhsullarının Binəqədi rayonu ərazisində satışı həyata keçiriləcəkdir. Dostluq münasibətləri çərçivəsində mədəni kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.

 

1 2 3 4 5 6 7 8