Hər bir ölkədə demokratik cəmiyyət quruculuğunun mühüm əlamətlərindən biri də güclü və səmərəli yerli özünüidarəetmə qurumlarının formalaşmasıdır.
Yerli özünüidarəetmə institunun inkişaf səviyyəsi onlara verilən səlahiyyətlərdən və onlara maliyyə təminatı səviyyəsindən birbaşa asılıdır. Belə ki, bələdiyyənin maliyyəsi-büdcə gəlirləri əsasən fiziki şəxslərdən torpaq və əmlak vergisi, torpaq icarə haqqı, qanunvericiliyə uyğun olaraq bələdiyyə torpaqlarının özəlləşdirilməsindən və s. ibarətdir.
Yerli özünüidarəetmə sahəsində şəffaflığın artırılması məqsədilə 25.10.2011-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının bir sıra Qanunlarına, o cümlədən “Bələdiyyənin nümunəvi nizamnaməsi”nə və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunlarına əlavə və dəyişikliklər edilmişdir. Belə ki, “Bələdiyyənin nümunəvi nizamnaməsi”ndə VI bölmənin ikinci hissəsi yeni redaksiyada verilərək müəyyən edilmişdir ki, müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.
Qeyd edilən əlavə və dəyişikliklər bütövlükdə bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasına, demokratik idarəçiliyin gücləndirilməsinə yönəlmişdir.
Bu baxımdan Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi öz sakinlərini məlumatlandırmaq məqsədilə 2016-cı ilin yerli büdcə layihəsini internet saytında yerləşdirir.
Layihə il ərzində bələdiyyənin hansı maliyyə mənbələrinə- həm vergi, həm də qeyri-vergi malik olduğunu, hər bir mənbədən nə qədər vəsait toplayacağını, hansı funksional istiqamətlərə vəsait xərclənəcəyini və bu istiqamətlər üzrə hansı xərc maddələrinin nəzərdə tutulduğunu əks etdirir.
Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi 2016-cı il üçün yerli gəlir və xərclərini (yerli büdcəsini) 700,0 (yeddi yüz min) manat həcmində müəyyən etmişdir.
Büdcə gəlirləri iqtisadi təsnifat üzrə aşağıdakı kimi proqnozlaşdırılmışdır:
Göründüyü kimi, M.Ə.Rəsulzadə Bələdiyyəsi büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, icarədə olan bələdiyyə torpaqlarının icarə haqqı və məişət tullantılarına görə xidmət haqqı yığımından formalaşacaqdır. Ümumi olaraq 2016-cı il bələdiyyə büdcəsinin gəlirləri 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 65,0 min manat və ya 10 faiz çoxdur, bu da əsasən fiziki şəxslərdən əmlak vergisinin payına düşür.
2008-ci ilə qədər M.Ə.Rəsulzadə bələdiyyəsinin əsas gəlir mənbəyi olmuş torpaqların özəlləşdirilməsindən daxil olmalar sonrakı illərdə həyata keçirilməmişdir. Belə ki, bələdiyyə mülkiyətində olan torpaqların özgəninkiləşdirilməsi bir qayda olaraq bilavasitə bələdiyyə qərarı ilə həyata keçirilirdisə, 28 oktyabr 2008- ci il tarixdə torpaq münasibətlərini tənzimləyən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməklə bəzi istisnaları nəzərə almasaq bələdiyyə torpaqlarının torpaq hərrac və müsabiqələri vasitəsi ilə verilməli olduğu müəyyənləşdirildi. Lakin istər bilavasitə bələdiyyə qərarı ilə istərsə də torpaq hərracları və ya müsabiqələri vasitəsilə özgəninkiləşdirilməsi nəzərdə tutulan torpaq sahələrinin rəsmiləşdirilməsi üçün bələdiyyənin torpaq üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və kadastr xəritəsinin olması vacib sayılan şərtlərdəndir. Bununla belə qeyd olunmalıdır ki, müvafiq mərkəzi icra hakimyyəti orqanı tərəfindən uzun illərdir ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin şəhadətnaməsinin və xəritələrinin hazırlanmaması səbəbindən bələdiyyə torpaqlarının satışının həyata keçirilməsini mümkünsüz edir. Məhz bu səbəbdən də, bu mənbədən büdcəyə vəsait daxil olmur və nəticədə bu hal ümumilikdə bələdiyyənin gəlirinin azalması ilə müşahidə olmaqda davam edir.
Yerli özünüidarəetmənin inkişaf səviyyəsi onların maliyyə təminatı səviyyəsindən birbaşa asılıdır, büdcənin gəlir hissəsini yerinə yetirməklə, yığılan maliyyə resursları ilə büdcə xərclərinin yetərli təminatını yaratmış olarıq.
Xüsusilə qeyd etmək lazımdır ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanunvericilik Toplusu, 2002, № 4, 1 kitab, maddə 155, 2008, № 6, maddə 462) aşağıdakı məzmunda 11.4-cü maddə əlavə olunaraq müəyyən edilmişdir ki, 01.01.2015-ci il tarixdən Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
Yuxarıda qeyd olunan Qanunun 01.01.2015-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar M.Ə.Rəsulzadə Bələdiyyəsində fiziki şəxslərdən yerli vergi və ödənişlərin nağd qaydada qəbuluna dair “Bələdiyyə-1” formalı mədaxil qəbzinin tətbiqi dayandırılmış və bu sahədə ödəniş əməliyyatları yalnız banklar vasitəsilə həyata keçirilməyə başlamışdır. Belə ki, sakinlərin ödəmə işinin asanlaşdırılması məqsədilə yerli vergi və ödənişlərin ödənilməsinin banklar vasitəsilə həyata keçirilməsi üçün ATRABAK-ın bələdiyyənin yerləşdiyi inzibati binada ödəmə məntəqəsi yaradılmışdır və 01.01.2015-ci il tarixdən fəaliyyət göstərir. Yəni sakinlər bələdiyyənin inzibati binasında hazırda fəaliyyət göstərən bank məntəqəsində ödəmələri rahat həyata keçirə bilirlər.
Bundan əlavə, sakinlərin işinin daha da asanlaşdırılması məqsədilə AZƏRPOÇT-da bələdiyyənin cari hesablaşma hesabı açılmış və sakinlər Binəqədi rayonu ərazisində yerləşən 11 poçt məntəqəsində (AZ1053, 1054, 1107, 1108, 1113, 1114, 1115, 1116, 1124, 1130 və 1147) yerli vergi və ödənişlərin ödənilməsini apara bilirlər.
Büdcə xərclərinin iqtisadi təsnifatı aşağıdakı kimi müəyyən edilərək proqnozlaşdırılmışdır:
Göründüyü kimi bələdiyyə əsasən M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir sıra təmir-tikinti, abadlıq, məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işlərinin görülməsini proqnozlaşdırmışdır. Bələdiyyə öz ərazisindən dislokasiya üzrə məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işlərini icra etməklə yanaşı bu sahənin xidmət haqqının yığımını da həyata keçirir.
Ümumiyyətlə abadlıq və təmizlik işlərinin həyata keçirilməsində önəmli işlərdən biri də məişət tullantılarının mütəmadi olaraq vaxtlı-vaxtında yığılması, daşınması və zərərsizləşdirilməsidir. Bu işlər həmişə yerli idarəetmə orqanı olan bələdiyyənin diqqət mərkəzində olmuş və buna böyük həssaslıqla yanaşmışdır. Bununla paralel olaraq qəsəbə ərazisindən toplanmış məişət tullantılarının zərərsizləşdirilməsi, tullantı daşıyan avtomaşınların yuma və dezinfeksiya işləri xidmətlərinə görə “Təmiz Şəhər” ASC ilə bağlanmış müqaviləyə əsasən göstərilən xidmətin həcmi müqabilində ödənişlər aparılır.
M.Ə.Rəsulzadə bələdiyyəsi yerli büdcəsinin gəlir hissəsində dövlət büdcəsindən dotasiya alınmasını tamamilə bələdiyyə ərazisindən bütün növ məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi işlərinin maliyyələşdirilməsi üçün proqnozlaşdırılmışdır. Hansı ki, Respublikası Dövlət büdcəsindən ümumiyətlə köməklik məqsədi üçün hər il yerli (bələdiyyə) büdcələrə dotasiya ayrılması nəzərdə tutulur və ödənilir. M.Ə.Rəsulzadə Bələdiyyəsi alınacaq dotasiyanı ümumən deyil, yalnız məqsədli təyinat üzrə proqnozlaşdırmışdır, daha doğrusu müqayisədə M.Ə.Rəsulzadə Bələdiyyəsinə veriləcək dotasiya xərclərin örtülməsi üçün deyil, birbaşa olaraq yerinə yetirilmiş iş və ya göstərilmiş xidmətlərin icrası məqsədini daşıyır. Bu sahə ən vacib və önəmli sahələrdən biri olmaqla yanaşı, həm də çox xərc tələb olunan sahədir. Bələdiyyə bu sahədən heç bir mənfəət güdmür, ancaq bir yerli özünüidarəetmə qurumu olaraq bu işlərin görülməsi qəsəbənin təmizliyi, abadlığı və sakinlərin yerli ekoloji problemlərinə köməklik məqsədi daşıyır. Lakin bir əsas məsələni də qeyd etmək lazımdır ki, bu sahədən gələn gəlir çəkilən xərcləri ödəmir, buna da əsas səbəb əhalidən məişət tullantılarına görə xidmət haqqının az məbləğ təşkil etməsi və hüquqi şəxslər tərəfindən xidmət haqlarının vaxtlı-vaxtında ödənilməməsi olur. Bundan başqa yaz-yay aylarında fərdi yaşayış evlərində aparılan təmir-tikinti işləri nəticəsində və yay-payız mövsümdə kənd təsərrüfatı məhsullarının əhali qrupu üzrə istifadəsinin artması üzündən məişət tullantılarının həcmi çoxalır, tullantıların yığılması, daşınması və poliqona təhvil verilməsi işlərinin həcmi də çoxalır, nəticədə analoji olaraq bu sahəyə çəkilən xərclər də artır. Belə ki, 2015-ci ilin doqquz ayında bu sahənin xidmət haqqından faktiki gəlir cəmi 137,0 min manat olduğu halda, faktiki xərc isə cəmi 171,0 min manat təşkil etmiş, artıq yaranmış xərc büdcənin başqa gəliri hesabına maliyyələşdirilmişdir. Bu səbəbdən də 2016-cı il büdcəsində bu sahənin xərc proqnozu 32,0 min manat artırılmışdır.
Bələdiyyə əvvəlki illərdə olduğu kimi, qəsəbə ərazisində yaşayan kimsəsizlərə, tənha qocalara və digər aztəminatlı təbəqəyə onların müraciətləri əsasında maddi yardımlar ödəyir. Bu şəxslərin müəyyən hissəsi himayəyə götürülməklə onlara hər ay maddi yardım ödənilir.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərilməklə ayrılır. Bələdiyyə iclasının qərarı ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər haqqında hesabatlar vaxtında verilərək uçotda tam əks olunur.
Yerli özünüidarəetmə orqanının saxlanması ilə əlaqədar olaraq yerli büdcə xərcləri iqtisadi təsnifatının maddələrində nəzərdə tutulmuş vəsaitlərin ilin təqvim ayları üzrə bölgüsü müəyyən edilməklə bələdiyyə iclasının qərarı ilə təsdiqlənmişdir. Bu bölgü, hesabat xarakterli məlumatların hazırlanıb təqdim edilməsində də mühüm əhəmiyyət kəsb edir.
Dövlət büdcəsinə vaxtlı-vaxtında ödəmələr aparıldığından bələdiyyənin Bakı şəhər Vergilər Departamentinə və DSMF-na borcu yoxdur.


