Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə Bələdiyyəsi Dövlət Müstəqilliyi günü ilə əlaqədar məktəblilər üçün “Şəhər turu” təşkil etdi

M.Ə.Rəsulzadə Bələdiyyəsi Dövlət Müstəqilliyi günü ilə əlaqədar məktəblilər üçün “Şəhər turu” təşkil etdi

 

 1

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar 15 oktyabr 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdləri üçün Bakı şəhərinin mədəni irsinin təbliğ olunması məqsədilə “Şəhər turu” təşkil olunmuşdur.

“Şəhər turu”nda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri  Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri  Şaiq Qəhrəmanov, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən beş tam orta məktəblərin 50-dən çox müəllim və şagird heyəti iştirak etmişdir.

Əvvəlcə şagirdlərə məlumat verilmişdir ki, dərin köklərə malik dövlətçiliyimizdə mühüm yer tutan 18 oktyabr günü Azərbaycanın tarix salnaməsinə xalqımızın milli azadlığını, müstəqilliyini əldə etdiyi möhtəşəm hadisə kimi daxil olmuşdur. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etmişdir. Müstəqilliyin əvəzsiz 1 nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir.

“Şəhər turu” marşrutunun uzunluğu 23 km., turun müddəti isə 2 saat təşkil etmişdir. “Şəhər turu”nun marşrut xətti 15 dayanacaq nöqtəsini əhatə etmişdir. Bunlar Azadlıq meydanı; Heydər Əliyev Mərkəzi; Müasir İncəsənət Muzeyi; Qız qalası; “Four Seasons” mehmanxanası, “İçərişəhər” metro stansiyası; Alov qüllələri; Dağüstü Park; “Bəhram Gur” heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; “Panorama” əyləncə çarxı; “Azneft” Meydanı; Kukla teatrı; Muzey Mərkəzidir.  Şagirdlər avtobusda qulaqcıqlar vasitəsilə audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olmuş və aidiyyəti məlumatları əldə etmişlər.

1 2 3 4

5