Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə Bələdiyyəsi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə məktəblilər üçün tədbirlər təşkil etmişdir

M.Ə.Rəsulzadə Bələdiyyəsi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə məktəblilər üçün tədbirlər təşkil etmişdir

94

 

1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 143 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri üçün ayrı-ayrı tədbirlər təşkil edilmişdir.

Tədbirlərdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri  Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri  Şaiq Qəhrəmanov, Hüquq məsələləri daimi komissiyasının üzvü Ayla İbrahimova, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 143 saylı tam orta məktəblərin müəllim, şagird və valideyn kollektivi iştirak etmişdir.

Əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov adından  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqlar təbrik edilmiş, onlara xoşbəxt və firavan gələcək diləkləri çatdırılmışdır. Məlumat verilmişdir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşmüşdür.

M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təşkil edilən ilk tədbir şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə Şəhidlər Xiyabanını ziyarət olmuşdur. Məktəblilər Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarını anmış, Azərbaycanın milli qəhrəmanlarının igidlikləri barədə onlara məlumatlar verilmişdir. Həmçinin, Azərbaycanın qanlı tarixi barədə, işğal olunmuş ərazilərimiz haqqında müfəssəl məlumatların əks olunduğu materiallar məktəblilərə paylanmışdır. Ziyarətçilər, Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin, Xocalı soyqırımı qurbanlarının, həmçinin Çingiz Mustafayevin məzarlarını ziyarət etmiş, şəhidlərin məzarları önünə tər qərənfillər düzmüşlər.

Daha sonra isə asudə vaxtın səmərəli təşkili məqsədilə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən məktəblilərin Bakı Şəhər Heyvanat Parkına ekskursiyası həyata keçirilmişdir. Iştirakçılara məlumat verilmişdir ki, Bakı heyvanat parkında Azərbaycanın faunasına aid olan adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanmışdır. Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir. Burada Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, adi iriburun yenot, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır. Bakı heyvanat parkında adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan və nadir növlər gətirilib saxlanılır. Heyvanat parkında olan yırtıcı quşların əksəriyyəti – berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib və qorunur. Ekskursiya zamanı şagirdlərə Bələdiyyə tərəfindən hazırlanmış heyvanat aləmi ilə bağlı maraqlı faktların əks olunduğu materiallar paylanmışdır.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təşkil edilmiş tədbirlər iştirakçılarda böyük maraq doğurmuşdur.

 

1 2 3 4 5 6 7 8 9 91 92 9394