27 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı M.Ə.Rəsulzadə qəsəbəsi H. Ağamalıyev küçəsi 5 (M.Ə.Rəsulzadə bələdiyyəsi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında Gənclər Birliyinin iclası keçirildi.
Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə və partiya üzvləri iştirak etdi.
İclasda ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov dövlət gənclər siyasətindən danışdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirməliyik” fikri gənclər üçün yeni imkanlar, yeni perspekltivlər açdı. Binəqədi rayonunda gənclər üçün yaradılan şəraitdən danışan ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov vurğuladı ki, bu gün Binəqədi rayon rəhbərliyi, eləcə də YAP Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin layihə və təklifləri mütəmadi olaraq dəstəklənir. 2014-cü il bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin tərkibində gənclər və qadınların üstünlük təşkil etməsi gənclərə göstərilən etimadın bariz nümunəsidir. Bu isə gənclərə öz üzərində işləmək, inkişaf etmək, yeni ideyalarla çıxış etmək üçün böyük stimul verir.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı M.Ə. Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatında Gənclər Birliyinin sədri Elnar Alməmmədov bildirdi ki, dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirildi. Azərbaycanın 30-a yaxın şəhər və rayonlarında, həmçinin Binəqədi rayonunda gənclər mərkəzlərinin inşası da ölkə başçısının gənclərə diqqət və qayğısının nəticəsidir.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gəncləri bundan sonra da fəal olmağa çağırdı, qarşıda duran vəzifələrdən danışdı.
YAP Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun salamlarını çatdıraraq gənclərə uğurlar dilədi. O, YAP Binəqədi Rayon Təşkilatı M.Ə. Rəsulzadə bələdiyyəsi ünvanı üzrə ərazi ilk partiya təşkilatının gənclərinin daim fəallığı ilə seçildiklərini qeyd etdi.
Sonra YAP sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxıldı, Gənclər Birliyinə yeni sədr müavinin seçilməsi məsələsi səsverməyə çıxarıldı. M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazi ilk partiya təşkilatının üzvü Şaiq Qəhrəmanov Gənclər Birliyinin sədr müavini seçildi.
Sonda ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov Gənclər Birliyinin sədr müavini seçilməsi münasibətilə Şaiq Qəhrəmanovu, eləcə də partiya sıralarına daxil olan yeni üzvləri təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.



